Nissan şirkəti Maxima sedanının Şimali Amerika bazarında satılacaq xüsusi versiyasını təqdim edib. Xüsusi seriya Maxima modelinin 40-illik yubileyinin şərəfinə hazırlanıb və müvafiq olaraq, 40th Anniversary Edition adını alıb.
Nissan Maxima modeli üçün parlaq qara rəngli damla uyğunlaşdırılan xüsusi kuzov rəngi – tünd boş Slate Grey Pearl rəngi hazırlanıb. “Yubiley” seriyasından olan sedanı xüsusi dizaynlı 19-düymlük qara təkər diskləri və “40th Anniversary Edition” yazıları sayəsində tanımaq olar. Sedanın salonu qırmızı rəngli dəri ilə örtülmüş və ağ rəngli tərtibata malik olan cihazlar paneli ilə təchiz eilmişdir. Sonuncu element Maxima modelinin ilk nəslinə ithaf edilmişdir.
Nissan şirkəti Maxima 40th Anniversary Edition modelinin qiymətini və texniki xüsusiyyətlərini açıqlamayıb. Qeyri-rəsmi məlumatlara görə, xüsusi seriyadan olan sedanlar 300 at qüvvəsinə malik olan 3,5-litrlik V6 benzin mühərriki və Xtronic CVT variatoru ilə təchiz ediləcəkdirlər. Qiymətə gəldikdə isə, “yubiley” versiyası ABŞ-da qiymətləri 34,5 min dollardan başlayan standart Maxima sedanından bir qədər baha olacaqdır.
Nissan Maxima modeli Şimali Amerikada keçən əsrin 80-ci illərindən bəri satışlır. Modelin cari səkkizinci nəsli 2015-ci ildə debüt edib. Nissan Maxima 2018-ci ildə restaylinqdən keçsə də, bu yenilənmə onun populyarlığına təsir göstərməyib: 2019-cu ildə yerli dilerlər 35 min ədəd Maxima modelini satmağa müvəffəq olublar ki, bu da 2018-ci ildə olduğundan 17% azdır. 2020-ci ilin əvvəlindən bu günə qədər ABŞ-da 10 minə yaxın Maxima sedanı satılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 40% azdır.