Nissan şirkəti Hyper Tourer konseptual minivenini təqdim edib. Bu, Hyper Adventure və Hyper Urban krossoverlərini də əhatə edən futuristik Hyper xəttinin üçüncü modelidir. Onların hamısı gələn həftə Tokioda işinə başlayacaq Japan Mobility Show avtosalonunda canlı debüt edəcəklər. Digər konsept avtomobilləri kimi, miniven Nissan üçün qeyri-adi olan çoxlu iti kənarları və iti küncləri olan dizaynı, qabaqcıl elektronikanı və "yaşıl" güc qurğusunu alıb.
Nissan Hyper Tourer tutacaqları olmayan sürüşərək açılan hündür qapılara, qeyri-adi dizaynlı təkər disklərinə və kuzovu əhatə edən diod xəttinə malikdir. Minivenin salonunda suyun səthini təqlid edən naxışı olan rəvan döşəmə, “üzən” mərkəzi tunel və dörd oturacaq var. Ön oturacaqlar 360 dərəcə dönə bilir - yəni, avtopilot idarəetməni öz üzərinə götürən zaman, sərnişinlər üzbəüz otura bilərlər.
Bəzi funksiyalar və hətta ön ekrandakı naviqasiyanı portativ displeydən idarə etmək mümkündür. Konsept həmçinin sərnişinlərin beyin dalğalarını, ürək döyüntülərini, nəfəsini və tərləməsini izləyən qabaqcıl süni intellekti də əldə edib. Bütün bunları nəzərə alaraq, sistem uyğun musiqini qoşur və işıqlandırmanı tənzimləyir.
Yığcam sərtgövdəli batareya sayəsində interyer daha geniş alınıb. Nissan hələlik yürüş ehtiyatı və güc aqreqatı haqqında təfərrüatları açıqlamayıb, lakin konseptin Ariya seriya modelindəki kimi e-4orce tam elektrik ötürməsinə malik olduğu qeyd edib. Hyper Tourer evi və ya ofisi elektrik enerjisi ilə təmin etmək üçün "əlavə" enerjisi ilə paylaşa bilər.
Tokioda keçiriləcək sərgi üçün hazırlanan şou avtomobilləri, tam elektrikləşmə yoluna qədəm qoymuş brendin gələcək modellərinin carçısıdırlar. 2030-cu ilə qədər Nissan brendinin Avropadakı model xəttində daxili yanma mühərriki olan avtomobillər qalmayacaq: yəni, yaponlar onlardan Avropa İttifaqının qadağası qüvvəyə minməzdən beş il əvvəl imtina edəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.