Nissan şirkəti Mitsubishi Motors şirkətinin nəzarət səhmlərinin 34 faizini əldə etmişdir. Bu barədə rəsmi məlumat, tərəflər arasında öncədən razılıq əldə edildikdən sonra, çümə axşamı, 12 may tarixində verilmişdir. Əsas müqavilənin 25 may tarixində imzalanacağı ehtimal edilir. Bu sövdələşmə nəticəsində Nissan şirkəti 237 milyard yen ödəyərək Mitsubishi Motors şirkətinin 506,6 milyonluq qiymətli kağızlarına sahib olacaqdır. Tərəflərin birgə bəyənatənda belə deyilir: «Bu strateji ittifaq, son beş ildə Nissan və Mitsubishi arasında mövcud olar əməkdaşlığı daha da genişləndirəcəkdir».
Tərəflər arasındakı əməkdaşlıq diler şəbəkəsinin inkişafı, avtomobil platformalarının və texnologiyalarının yaradılması, həmçinin inkişafda olan bazarlara çıxış sahəsində birgə çalışmanı nəzərdə tutur. Qeyd etmək lazımdır ki, 19 apreldən başlayaraq bu günə qədər Mitsubishi Motors şirkətinin səhmləri 43,4 faiz dəyər itirmişdir.
Bu vəziyyət, Mitsubishi şirkətinin rəhbərliyinin kiçik litrajlı eK Wagon və eK Space, həmçinin yapon şirkətinin zavodlarında istehsal edilən Nissan Dayz və Dayz Roox modellərinin yanacaq sərfiyyatı haqqında məlumatı saxtalaşdırdıqlarını etiraf etdiklərindən sonra yaranmışdır. Sonradan məlum olmuşdur ki, 1991-ci ildən başlayaraq 25 il Mitsubishi Yaponiya dövlət orqanlarına bir sıra modellərin yanacaq sərfiyattı haqqında yanılış məlumatlar təqdim etmişdir.
Şirkətin inzibati binalarında axtarışlar aparılmış, Yaponiyanın nəqliyyat nazirliyi isə, yerli bazarda iştirak edən digər avtoistehsalçıların sənədlərini yoxlamaq niyyətinin olduğunu bildirmişdir.