Nissan Murano krossoverinin üçüncü nəsli əhəmiyyətli təkmilləşdirmələr olmadan 10 il istehsal xəttində qalan uzunömürlü modeldir. Bir vaxtlar hətta Nissan şirkətinin bu modeldən imtina edərək diqqətini daha böyük Pathfinder krossoverində cəmləyəcəyi barədə şayiələr də yayılmışdı. Bununla belə, krossover yapon markasının model cərgəsində qalır: ABŞ-da indiki avtomobildən heyrətamiz dərəcədə fərqlənən dördüncü nəsil Murano krossoveri debüt edib.

Böyük beşyerlik krossover formatı saxlanılıb, lakin dizaynerlər yan tərəflərə qövsşəkilli ştamplamaları əlavə edərək, Murano modelinə itilik verməyə çalışıblar: opsional qara dam ilə birlikdə o, avtomobilə aşağı salınmış dam vizual effektini verir.

Bütün işıqlandırma texnikası LED-dir, baza təkər diskləri isə, 20 düymlükdürlər (əvvəllər 18-düymlük), 21-düymlük disklər isə, əlavə ödəniş müqabilində təklif olunurlar. Arxa şüşəsilən yuxarıda quraşdırılıb və sabit vəziyyətində spoylerin altında gizlidir.

Murano modeli əvvəlki D platformasını saxlayıb, hətta onun təkər bazası da dəyişməz qalıb (2824 millimetr). Krossoverin uzunluğu (4900 millimetr) və hündürlüyü (1728 millimetr) bir neçə millimetr artıb, lakin daha iri arxa təkər tağları krossoverin enini 66 millimetr (1981 millimetr) artırıb.

Maraqlıdır ki, aerodinamik müqavimət əmsalı, trendin əksinə olaraq, daha böyük olub: əvvəlki modeldəki 0,31 əvəzinə 0,34. Bəyan edilmiş klirens üçüncü nəsildəki 175-ə qarşı 211 millimetrdir.

İnteryer tamamilə yenidir: Murano həm analoq acihazlar paneli, həm də ənənəvi tutacaqlarla vidalaşıb. İndi ön paneldə hər birinin diaqonalı 12,3 düym olan iki ekran var, klimat-kontrolun idarə edilməsi ayrıca sensorlu panelə həvalə edilib (mühərrik söndürüldükdə, o tərtibatla qatışır), transmissiyanın rejimlərinin dəyişdirilməsi isə, düyməli pult vasitəsi ilə həyata keçirilir.

Seçimlər arasında, ilk dəfə olaraq, proyeksiya displeyi peyda olub, ön oturacaqlarda isə, təkcə qızdırılma və havalandırma funksiyaları deyil, həm də quraşdırılmış masaj funksiyası ola bilər. 

Salonda standart olaraq aktiv səs-küyün azaldılması sistemi quraşdırılır, top versiyanın təchizatına 10-dinamikli qabaqcıl Bose audio sistemi daxildir. Nəhayət, ən bahalı Platinum konfiqurasiyasında ön oturacaqların arasında açılan və sürücü ilə sərnişinin toqquşmanı aradan qaldıran mərkəzi hava yastığı yerləşir.

Amerikada salonun həcmini ölçmək adətdir və nəsil dəyişikliyi ilə bu həcm Murano modelində daha da böyük olub: panoram damı olan versiyada - əvvəlki modeldəki 2,91-ə qarşı 3,03 kubmetr. 

Oturacaqların daha nazik kürək hissəsi və yastıqlar sayəsində cərgələr arasındakı məsafə 20 millimetr artırılıb. Arxa qapıların açılma bucağı artırılıb, təhlükəsizlik kəmərlərində tarımlayıcılar və güc məhdudlaşdırıcıları var. Amerikanın SAE üsuluna görə baqajın həcmi 909-dan 932 litrə artıb.

Sükan mexanizminin hidravlik gücləndiricisinin əvəzinə indi elektrik gücləndirici quraşdırılıb, mexanizm özü isə, qısaldılıb (3,3 əvəzinə 2,8 dönüş). Bu, Murano krossoverini müasir elektron köməkçilər dəsti ilə təchiz etməyə imkan verib. 

ProPilot Assist sistemi (adaptiv kruiz-kontrol) artıq standart avadanlıqdır, daha bahalı təchizat səviyyələrində isə, zolaqda saxlama funksiyası olan təkmilləşdirilmiş ProPilot Assist 1.1 kompleksi quraşdırılır. Yaylı asqı saxlanılıb, lakin amortizatorlar indi amplitudadan asılıdır.

Kapotun altında da böyük dəyişikliklər baş verib. Artıq V6 atmosfer mühərriki və variator olmayacaq. Yeni Nissan Murano, Infiniti avtomobillərindən tanış olan dördsilindrli 2.0 VC-Turbo mühərriki ilə təchiz edilir. Onun sıxılma nisbəti 14:1 (ən qənaətcil rejim) ilə 8:1 (güc rejimi) aralığında dəyişə bilər. 

Eyni zamanda mühərrikin iş həcmi də dəyişib: maksimal sıxılma nisbəti olan 1997 kubsantimetrdən minimal 1970-ə qədər. Turbomühərrikin hasilatı 244 at qüvvəsi və 353 Nm təşkil edir. Xatırladaq ki, 3,5-litrlik atmosfer mühərriki 264 at qüvvəsi və 325 Nm hasil edirdi.

Murano modelinin bütün əvvəlki nəsillərində əsas transmissiya olan variator klassik 9-pilləli avtomatik transmissiya ilə əvəz edilib. Bununla belə, yedəyə alınan qoşqunun icazə verilən çəkisi dəyişməyib (680 kiloqram). Baza versiyası, əvvəlki kimi, ön ötürməlidir, digərləridə isə, arxa oxu qoşma muftası olan tam ötürmə quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Nissan Murano ABŞ-da istehsal olunacaq, satışların başlanması isə, 2025-ci ilin əvvəlinə planlaşdırılır. Qiymətlər hələlik açıqlanmayıb, lakin krossoverin bahalaşacağı şübhəsizdir: hazırda təqaüdə göndərilən Murano modelinin qiyməti 38 740 dollardan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.