Nissan şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş yenilənmiş Navara pikapını təqdim edib. Model yeni mühərrikə, məlumat-əyləncə mərkəzinə və arxa disk əyləclərinə sahib olub. Əvvəllər top versiyalar üçün əlçatan olan beşqollu asqı modelin standart təchizatına daxil edilib.
Yenilənmiş Nissan Navarra əvvəlki kimi 2,3-litrlik dizel mühərriki ilə tıəchiz edilir. Lakin, mühərrik ikinci turbokompressorun quraşdırılması sayəsində 163 at qüvvəsinə və 425 Nm malik olub. Bu mühərrikin hər iki variantı (163 və 190 at qüvvəli) Euro 6d-temp ekoloji normalarına cavab verir. Bundan başqa, 6-pilləli mexaniki ötürmələr qutusu da təftişdən keçib: qutu daha uzun ötürmə əmsallarına və ötürmələrin qısaldılmış sxeminə malik olub.
Arxa disk əyləclərinin quraşdırılması və ön əyləc disklərinin ölçüsünün 4 millimetr böyüdülməsi əyləc gücünü 40% artırıb. Arxa çoxqollu asqının tətbiqi pikapın klirensinin 25 millimetr, yükgötürmə qabiliyyətini isə 46 kiloqram artırıb.
Nissan Navara modelinin təchizatına yeni 17- və 18-düymlük təkər diskləri, səkkiz düymlük ekranı və avtomobilə nəzarət servislərinə girişi olan Nissan Connect məlumat-əyləncə sistemi daxil edilib. Pikapın xarici görkəmi qara içliyi olan ön LED fənərlərin hesabına dəyişdirilib.