Nissan şirkəti əvvəlcə yeni üçüncü nəsil Note modeli, sonra isə onun zəngin versiyası olan Note Aura modeli təqdim etmişdi. İndi isə, növbə idman üslubunda görünüşünə və dörd kəlmədən ibarət adı olan Nissan Note Aura Nismo hetçbekinə gəlib çatıb. “İdman” modifikasiyasının yaradılması resepti çox sadədir və Nissan tərəfindən çoxdan işlənib hazırlanıb. Qeyd etmək gərəkdir ki, görülən işlər “vizual effektlər” ilə məhdudlaşmır.

E-Power hibrid güc qurğusu standart olaraq qalır. 82 at qüvvəli 1,2-litrlik benzin mühərriki burada yalnız generator rejimində işləyir və təkərlər ilə birabaşa əlaqəsi yoxdur. Hetçbek elektriklə hərəkət edir: ön oxdakı elektrik mühərriki adi Aura hetçbekində olduğu kimi, 136 at qüvvəsi və 300 Nm fırlanma anına malikdir. Ancaq standart Normal və Eko hərəkət rejimləri yenidən tənzimlənib və indi qaz pedalının basılmasına daha cəld cavab verir və yeni "yeyin" Nismo rejimi peyda olub.

Hetçbekin şassi də təkmilləşdirilib. Yeni yaylar və amortizatorlar quraşdırılıb, klirens azaldılıb, standart 17-düymlük disklərinə Michelin Pilot Sport 4 şinləri taxılıb. Baqaj qapısının girişinin altında əlavə çarpaz kuzov gücləndiricisi quraşdırılıb. Sükan mexanizmi və stabilizasiya sistemi yenidən tənzimlənib. Nəticədə Note Aura Nismo daha yaxşı idarəetmə xüsusiyyətlərinə sahib olmalıdır.

Əlbəttə ki, “idman” hetçbekini effektiv kuzov dəsti olmadan təsəvvür etmək mümkün deyil. Nismo versiyası orijinal bamperlərə, yan ətəklərə və beşinci qapıdakı böyük spoylerə malikdir. İnteryerdə bolluca qırmızı dekoru olan qara rəngli tərtibatı görmək olar. Bundan başqa, virtual cihazlar panelinin qrafikasi dəyişdirilib, sükan çarxında isə qırmızı “0” nöqtəsi peyda olub. Standart oturacaqlar parça və dəri ilə örtülür, əlavə ödəniş qarşılığında Recaro kreslolarını sifariş etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan Note Aura Nismo hetçbekləri Yaponiyada payızda satışa çıxarılacaqlar. Nismo indeksli modelin qiyməti 26.200 dollardır. Müqayisə üçün, Aura hetşbeki üçün 23.700 dollar istənilir. Üstəlik, Nismo versiyası yalnız ön ötürmə ilə təklif olunur, halbuki adi Aura modeli tam ötürməli də  (arxa oxda ayrıca elektrik mühərriki quraşdırılır) ola bilər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.