Nissan şirkəti eyni anda iki ofrouderi təqdim edib - ABŞ-da Armada modeli, Abu Dabidə isə, Patrol ofrouderi ictimaiyyətə nümayiş olunub. Əslində Nissan bir yeni avtomobil nümayiş etdirib, çünki səkkiz ildir ki, Armada və Patrol eyni ofrouderin yalnız nüansları ilə fərqlənən iki növüdür.

Bu, yeni nəsildə belədir. Əgər nəzərə alsaq ki, Nissan Patrol/Armada əslində altı ay əvvəl debüt etmiş sadələşdirilmiş Infiniti QX80 modelidir, onda yenilik dərəcəsi o qədər də böyük deyil. Ancaq təfərrüatlar istənilən halda maraqlıdırlar.

Nissan Patrol

Y63 kodlu yeni ofrouder sələfinin formatını qoruyub saxlayıb. Yeni Nissan ofrouderi Infiniti QX80 modelindən başqa kuzov panelləri, işıqlandırma texnikası və hətta yan şüşələrin forması ilə fərqlənir. Lakin irəli çıxan qapı tutacaqlarının əvəzinə ənənəvi tutacaqlar quraşdırılıb.

Təkər disklərinin diametri konfiqurasiyadan asılı olaraq 18-22 düym arasında dəyişir, Infiniti isə standart olaraq 20-düymlük təkər disklərinə malikdir. Nəsil dəyişikliyi ilə Patrol/Armada modelinin uzunluğu cəmi 18 millimetr (5324 millimetrə qədər), eni isə 86 millimetr (indi 2116 millimetr) artıb.

Nissan Patrol

Yeni çərçivə uzununa sərtliyi 57%, burulma sərtliyini isə, 25% artırıb. Lakin eyni zamanda təkər bazası əvvəlki modellə eynidir - 3076 millimetr. Ön və arxa müstəqil asqısı olan şassi konstruktiv olaraq dəyişməyib, lakin təkər izi daha geniş olub.

Standart yaylı asqının əvəzinə Infinti QX80 modelindəki kimi, tənzimlənən adaptiv amortizatorları olan pnevmatik asqını sifariş etmək mümkündür. Standart klirens əvvəlki modeldəki 231-ə qarşı 244 millimetrdir.

Nissan Armada

Hidravlik gücləndiricinin əvəzinə artıq elektrik gücləndiricisi quraşdırılır (mexanizmin özü qısa olub) və əyləclər indi naqillə idarə olunurlar. Bu yeniliklər Patrol ofrouderini müasir elektron köməkçilər dəsti ilə təchiz etməyə imkan verib.

ProPilot Assist sistemi (adaptiv kruiz-kontrol) artıq bazada quraşdırılıb. Lakin  daha bahalı tərtibat səviyyələrində qabaqcıl ProPilot Assist 1.1 (zolaqda saxlama funksiyası ilə) və ProPilot Assist 2.1 (magistrallarda əlləri sükandan çəkməyə imkan verir) kompleksləri mövcuddur.

Infiniti QX80 ofrouderindən sonra yeni Patrol və Armada da 5,6-litrlik V8 (406 at qüvvəsi, 560 Nm) atmosfer mühərriki ilə vidalaşıb. Kapotun altında 425 at qüvvəsi və 700 Nm hasil edən birbaşa püskürtməli 3,5-litrlik V6 biturbo mühərriki var (Infiniti bir qədər güclüdür - 456 at qüvvəsi).

Daha sonra Patrol həmçinin 3,8-litrlik V6 (316 at qüvəsi, 386 Nm) atmosfer mühərriki ilə təchiz ediləcək. Yeddi pilləli ötürmələr qutusunu 40% genişləndirilmiş güc diapazonu  (aşağı sürətin yüksək sürətə nisbəti) olan doqquz pilləli avtomatik transmissiya ilə əvəzləyib. 

Nissan Armada Pro-4X

Amerikada Armada arxa ötürmə və ya ön oxu qoşma  muftası və azaldıcı pilləsi olan tam ötürmə sistemi ilə təklif edilir. Onunla ofrouder 3,9 tona qədər çəkisi olan qoşquları yedəkləyə bilər.

Amerika Armada üçün keçiciliyi artırılmış Pro-4X variantı hazırlanıb. O, artan yaxınlaşma bucağı (17.3 əvəzinə 33 dərəcə) olan fərqli ön bamperə, altlığın əlavə metal müdafiəsinə, elektron idarələnən arxa differensial kilidinə və ofroud şinlərinə malikdir. Pro-4X versiyasında tam ötürmə və pnevmatik asqı standartdır.

Nissan Armada

Nissan brendi altında buraxılan avtomobillərin interyeri, əlbəttə ki, Infiniti QX80 modeli ilə müqayisədə daha sadə tərtibata malikdirlər. Burada fərqli tərtibat materialları var, bir sıra opsiyalar yoxdur.

Klipsch audio sistemi 12 dinamiklidir (QX80 modelində 14 və ya 24 dinamik olur), mərkəzi konsoldakı sensorlu panelin əvəzinə analoq düymələri və ofroud rejimlərini dəyişmək üçün şayba var.

Nissan Armada

Cihazlar paneli və mediasistemin əsas displeylərinin ölçüsü 12,3 düymdür, Infiniti modelindəki 14,3-düymlük ekranlar və proyeksiya displeyi isə, əlavə ödəniş qarşılığında əlçatandırlar.

Patrol və Armada yeddi və ya səkkiz oturacağı olan üç sıralı salonu saxlayıblar: üçüncü sıra üç nəfər üçün nəzərdə tutulub (oradakı məkan daha geniş olub), ikinci sırada isə, üçə bölünən kürək hissəsi olan üç nəfərlik divan ( 40:20:40 nisbətində bölünür) və ya iki ayrı kreslo ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üçüncü cərgənin arxasındakı baqaj bölməsinin həcmi təxminən ¼ dəfə artıb - Amerika EPA standartına görə 578 litrə qədər. Lakin eyni zamanda, arxa oturacaqların qatlanması halında bölmənin maksimal həcmi o qədər də artırılmayıb: əvvəlki modeldəki 2701 əvəzinə 2750 litr.

Yeni nəsil Nissan ofrouderlərinin satışına noyabr ayında başlanacaq. Əsas bazarlar, əvvəlki kimi, Şimali Amerika, Yaxın Şərq və Avstraliyadır. Bu, Patrol/Armada modellərinin həm cari, həm də yeni nəslinin arsenalında nədən turbodizellərin olmadığının birbaşa cavabıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.