Nissan Motor Company Pekin avtosalonunda Çin bazarı üçün nəzərdə tutlan yenilənmiş Tiida hetçbekini təqdim etmişdir. Nissan Tiida modeli cüzi zahiri dəyişikliklərə məruz qalmış, eyni zamanda interyerin yeni tərtibat variantlarını və daha geniş avadanlıq siyahısını əldə etmişdir. Bildiyimiz kimi, Nissan şirkətinin müasir hetçbek kuzovlu avtomobilləri müxtəlif ölkələrdə müxtəlif adlarala, platforma və fərqlənən eksteryer ilə satılırlar. Bununla belə, beş qapılı hetçbeklərin kuzovunun quruluşu bütün modellərdə eynidir.
Buna misal olaraq Avstraliyada bazarda satılan Nissan Pulsar modeli ilə, Çin bazarında satılan Nissan Tiida modelini göstərmək olar. Hər iki avtomobil bənzər olsalarda müxtəlif adlarla satılırlar. Yaxud götürək Avropada satılan Pulsar ilə elə həmin Avstraliyada satılan eyni adlı modeli. Eyni ad daşıdıqlarına baxmayaraq, avtomobillər müxtəlif dizayna malikdirlər.
Beləliklə, Çin bazarı üçün nəzərdə tutulmuş Tiida modeli,«avropalı» Nissan Pulsar modelindəki qabaq fənərlərə və radiator barmaqlığına bənzər işıq texnikasını və radiator barmaqlığını əldə etmişdir. Bundan əlavə, avtomobil yeni qabaq bamperlə də təchiz edilir. Yenilənmiş Tiida modelinin salounda daha iri monitoru olan multimedia sistemini görmək olar. Bundan əlavə, interyerin tərtibat variantları da artmışdır.
Bununla belə, Nissan Tiida texniki cəhətdən dəyişikliklərə məruz qalmamışdır. Avtomobil əvvəlki kimi, 126 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki və 190 at qüvvəli eyni həcmli turbomühərriklə təklif edilir. Güc aqreqatları mexaniki sürətlər qutusu və ya variatorla birgə çalışırlar.