Nissan şirkəti 2020-ci ildə seriya modellərində debüt edəcək ProPilot avtonom idarəetmə sisteminin prototipini Tokyo küçələrində sınaqdan çıxarıb. Pilotsuz avtomobil Infiniti Q50 sedanının əsasında yaradılıb.
Sınaq haqqında bəhs edən videoçarxda pilotsuz avtomobildə sürücü olmasına baxmayaraq, idarəetmə prosesinə müdaxilə etmədiyi açıq-aydın görünür. Avtomobil sərbəst şəkildə yolu dəyişir, solaqdan zolağa keçir, yol ayrıclarını və ödəniş nöqtələrini qət edir. Əlbəttə ki, Tokyoda ideal yol hərəkətinin mövcud olması avtopilotun işini müəyyən qədər asanlaşdırıb.
Avtopilot sisteminin prototipi real vaxt rejimində yoldakı vəziyyəti təhlil edən süni intellekt ilə təchiz edilib.
Sistem fəaliyyətində 12 sonar, 12 kamera, 9 radar, 6 lazer skanerinin və məkanın yüksək dərəcədə dəqiqləşdırılmış xəritəsindən istifadə edir.
ProPilot sistemi həm şəhərdə, həm də avtomagistrallarda fəaliyyət göstərmək iqtidarındadır.
Avtopilot naviqasiya sisteminə marşrutun son nöqtəsi daxil edildikdən sonra aktivləşir. Avtonom ProPilot idarəetmə sistemi ilə ilk təchiz edilən avtomobil Nissan Serena miniveni olub.
Sonradan bu sistem Leaf elektrokarında, X-Trail və Rogue krossoverlərində quraşdırılıb. Bu il bu sistemi Nissan Qahqai da əldə edib.