Nissan şirkəti ProPilot yardımçı sistemlər kompleksinin imkanlarını genişləndirib. Kompleks avtomagistrallarda sükana toxunmadan yarıavtonom idarəetmə funksiyasına sahib olub. Yeni texnologiya bu ilin payızında Yaponoyada satışları başlanacaq yeni Nissan Skyline modelində debüt edəcəkdir.
Şosse avtopilotu hələlik müəyyən yollarda işləyir və sərbəst şəkildə avtomagistraldan çıxamaq və da daxil olmaq imkanına malik deyil. Bu funksiyanı aktivləşdirmək üçün naviqasiya sistemində marşrutu təyin etmək gərəkdir. Bundan sonra sistem avtomobili zolaqda saxlayaraq, yerdəyişmələr və ötmələr zamanı yardım edəcəkdir.
Üstəlik, bir zolaqda daimi sürətlə hərəkət zamanı əlləri sükan çarxından çəkməyə icazə verilir. Bununla belə, hər bir manevr audiovizual xəbərdarlıq ilə müşayət olunacaqdır. Məsələn, yerdəyişmə üçün sükanı tutaraq dönmə işığını yandırmaq tələb olunur. Avtopilotun işləməsi üçün kameralar, radarlar, ultrasəs vericiləri, GPS və yüksək icazəli 3D-xəritələr dəstindən istifadə edilir. Bundan başqa, avtopilot sistemi sürücünün baxışlarına da nəzarəti həyata keçirir. Bununla belə, avtopilot müəyyən məhdudiyyətlərə malikdir: o, ikitərəfli hərəkət olan avtomagistrallarda, döngəli yollarda və ödənişli magistralların ödəmə məntəqələrinin girişlərində çalışmır.