Nissan şirkəti gələn il Qashqai modelini ProPilot adlı xüsusi texnologiya kompleksi ilə təchiz edəcəyini bəyan etmişdir. Bu kompleks sayəsində avtomobil avtomagistrallarda sürücünün iştirakı olmadan hərəkət edəcəkdir. Yapon şirkətinin nümayəndələri bunun tam avtonom avtomobilin hazırlanmasında ilk mərhələnin olduğunu bildirmişdirlər. İlkin olaraq bu kompleksi Qashqai krossoverləri alacaqdırlar. Nissan şirkəti bu sistemi öncə Yaponiyada satılan avtomobillərdə quraşdıracaqdır. Avropada bu kompleks sonradan təklif ediləcəkdir. Faktiki olaraq söhbət mükəmməl kruiz-kontroldan gedir ki, sistem əvvəlcədən təyin edilmiş zolaqda hərəkət edəcəkdir.

Təhlükə yaranan zamanı kompleks avtomobilin sürətini azalda, hətta tam dayandıra da bilir. Sonradan Nissan mütəxəssisləri kompleksi təkmilləşdirməyə davam edəcəklər. Gələcəkdə bu sistem zolaqları dəyişməyə və manevrlər etməyi «öyrənəcəkdir».

Şirkətinin nümayəndələrinin sözlərinə görə, təkmilləşdirmənin üçüncü mərhələsindən sonra, krossoverlər insanın yardımı olmadan sərbəst şəkillərdə yolayrıclarını keçmək və mürəkkəb manevrlər etmək imkanına malik olacaqdırlar.

Təəssüflər olsun ki, Nissan şirkəti kompleks haqqında ətraflı məlumat verməkdən imtina etmişdir. Yeni sistemin istehsalını yapon şirkətinin Sanderlenddəki müəssisəsində təşkil ediləcəkdir.