İspan km77.com nəşri Nissan Qashqai krossoverininin "sığın testinin" nəticələrini dərc edib: kütləvi yapon krossoveri bu sınaqdan yaxşı nəticə ilə çıxıb. “Sığın testi” qəfil yerdəyişmələr zamanı avtomobilin manevr qabiliyyətini yoxlamağa imkan verir. Avtomobil müəyyən edilmiş trayektoriya üzrə hərəkət etməli və yola düzlümüş konusları vurub yıxmamalıdır. Qashqai nəinki 77 km/saat sürətlə bu sınağın öhdəsindən gəlib, həm də bu işi çox effektli şəkildə - üç təkər üzərində həyata keçirib, çünki dördüncüsü təkər daim yerdən qopmağa çalışıb.
Sınaqlarda hibrid güc qurğusu ilə təchiz edilmiş Qashqai iştirak edib: qurğunun tərkibinə generator kimi çalışan daxiliyanma mühərriki və ön oxda yerləşən elektrik mühərriki daxildir. Hibrid krossover 20-düymlük təkər diskləri və aşağıprofilli Michelin Primacy 4 şinləri ilə təchiz edilmidi.
Km77.com nəşrinin mütəxəssisləri, tapşırığı yerinə yetirən krossoverin kuzovunun ciddi yana əyilmələrə məruz qaldığını qeyd ediblər. Arxa asqının tənzimləmələri də şikayətlərə səbəb olub, lakin onlar avtomobilin idarə edilməsinə təsir göstərməyiblər - sürücü aparılmış sınaqlar zamanı avtomobilə nəzarəti itirməyib. Krossover "sığın testindən" 77 km/saatdan yüksək sürətlə keçməyi bacarsa da, konuslara toxunduğu üçün bu cəhdlər sayılmayıb.
Ehtimal etmək olar ki, hibriddən 200 kiloqram yüngül olan daxiliyanma mühərriki olan adi Qashqai, “sığın testində” özünü daha proqnozlaşdırılan şəkildə apara bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.