Nissan vəd etdiyi kimi, Patrol ofrouderinin Nismo indeksli “qaynar” versiyasını təqdim edib. Patrol Nismo modeli 2015-ci ildən bəri yalnız Birləşmiş Ərəb Əmirliklərinin və qonşu ölkələrin bazarlarında satılır. Ancaq orijinal Nissan Patrol modeli keçən ilin əvvəlində genş miqyaslı yenilənmədən keçib. İndi isə, növbə Nismo versiyasına çatıb. Əslində, bütün dəyişikliklər proqnozlaşdırılan idi.
Təəssüflər olsun ki, Patrol Nismo daha temperamentli olmayıb. Şirkət 5,6-litrlik V8 mühərrikinin gücünü artırmaqdan imtina edib: səkkizsilindrli aqreqat əvvəlki kimi 428 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edir.
Transmissiya - yeddi pilləli "avtomat" və azaldıcı pilləsi olan tam ötürmə sistemindən ibarətdir. Bundan başqa, Nismo versiyasının texniki xüsusiyyətləri arasında Bilstein amortizatorları və daha çox istiyə davamlı əyləclər var. Ofroudrin klirensi 275-dən 260 millimetrə endirilib.
Dizaynerlər Patrol Nismo modelinin daha aqressiv görünməsi üçün əllərindən gələni ediblər. Avtomobilin bamperləri daha aqressiv dizayna malik olublar: ön bamper böyük mərkəzi barmaqlıq ilə yanaşı, yan tərəflərdəki həqiqi hava girişlərinə sahib olub ki, bu da avtomobilə təsir göstərən ümumi qaldırıcılığı gücü azaltmağa kömək edir.
Arxa tərəfi yalnız inkişaf etmiş spoyler deyil, həm də mərkəzi duman lampası olan böyük bir diffuzor bəzəyir. Ofrouder standart 20-düymlük disklərdən 4,5 kiloqram yüngül olan 22-düymlük təkər dsikləri ilə təchiz edilir. Bundan başqa, ofrouder kandarlar səviyyəsində parlaq qırmızı zolaqla haşiyələnib.
İnteryer indi yalnız qırmızı tikişlə deyil, oturacaq və qapılardakı böyük seçilən əlavələrlə bəzədilib. Oturacaqlar dəri və Alcantara ilə örtülüb, salonda karbonu təqlid edən dekor quraşdırılıb, taxometrin şkalaları da qırmızı rəngdə haşiyəyə malikdirlər. Daha bir yenilik - gücləndirilmiş səs izolyasiyasıdır.
Yaxın Şərqdə yenilənmiş Nissan Patrol Nismo modelinə sifarişlər artıq qəbul edilir. Ofrouderin qiyməti 105 min dollardır.