Nissan Rogue krossoveri amerikan bazarında satılan X-Trail modelidir. Krossoverin yeni nəsli burada bir il bundan öncə debüt edib və 184 at qüvvəli (245 Nm) 2,5-litrlik atmosfer mühərriki ilə təklif olunurdu. Lakin Nissan şirkəti 2022-ci model ilinin krossoverinin mühərrik çeşidinə dəyişiklik etmək qərarına gəlib. Atmosfer mühərriki artıq təqaüdə göndərilib və onu üçsilindrli turbomühərrik əvəzləyəcəkdir.

Əslində belə bir güc aqreqatı artıq Çində satılan Nissan X-Trail modelində quraşdırılır.Lakin çinlilər üçün üçsilindrli turbomühərriklər həyat norması olsa da, ABŞ üçün belə bir konfiqurasiya bir qədər qəribə görünür.  1.5 VC-Turbo turbomühərriki, artıq bir neçə ildir ki Infiniti QX50 krossoverinə və Nissan Altima quraşdırılan 2,0-litrlik mühərrikin yaxın qohumudur. Lakin ixtisara salınmiş bir silindr ilə... Mühərrikin sıxılma dərəcəsi 8,1 ilə 14,1 arasında dəyişə bilər. Hasliat: 204 at qüvvəsi və 305 Nm-dir.

Bu mühərrik üçün müxtəlif sərtliyi olan dayaqları yenidən hazırlamaq lazım gəlib. Bu dayaqların hər biri “öz” diapazonunda olan tezliklərin “boğulmasını” təmin edir. Güc qurğusu variator ilə tandemdə çalışır, ötürmə isə ön oxa və ya tam ola bilər. Belə mühərriklə təchiz edilmiş Nissan Rogue modelinin 100 kilometrə olan yanacaq sərfiyyatı 7,8 litrdən 7,1 litrə qədər azalıb. “Turboüçlüklərin” istehsalı Nissan şirkətinin amerikan modelləri üçün güc aqreqatlarını buraxan Tennessi ştatındakı mühərrik zavodunda təşkil edilib.

Turbomühərriklər ilə təchiz edilmiş Nissan Rogue krossoverləri cari ilin qışında satışa çıxarılacaqlar. Qeyd etmək lazımdır ki, yeni turbomühərrikə keçid qiymət artımı ilə müşayət olunub. Üçsilindrli krossover üçün 26.700 dollar tələb olunur ki, bu də təqaüdə göndərilən modifikasiyanın qiymətindən 650 dollar çoxdur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.