Nissan şirkəti Serena miniveninin ProPİLOT avtonom idarəetmə sisteminin birinci nəsli ilə təchiz olunmuş variantını təqdim etmişdir. Beləliklə, bu Nissan Serena modeli avtopilot ilə təchiz edilmiş ilk yapon avtomobili olmuşdur. Yeni sistem irəlidəki avtomobillərə və yol xəttlərinə nəzarəti həyata keçirən kameraların köməyi ilə çalışır.
Avtonom idarəetmə sistemi aktivləşdirilən zaman əyləclərin, akseleratorun və sükanın idarə edilməsini öz üzərinə götürür. Əgər avtomibilin qarşısında hərəkət edən nəqliyyat vasitəsi yavaşlıyarsa, o zaman miniven də tam dayanana qədər belə əylənməyə başlayacaqdır.
Dayandıqdan sonra, avtonom rejimi avtopilotun aktiv edilməsi düyməsinə və ya akselerator pedalına basaraq yenidən işə salmaq olar. 2017-ci ildə ProPİLOT sistemi Qashqai krossoverinin Avropa bazarı üçün nəzərdə tutulmuş variantıda da quraşdırılacaqdır.
2018-ci ildə, avtonom rejimdə zolaqları dəyişə bilən sistemin ikinci nəsli, 2020-ci ild isə şəhər axınında sürücünün iştirakı olmadan hərəkət edəcək ProPİLOT 3.0 sistemi debüt edəcəkdir.