Nissan şirkəti yeni, altıncı nəsil Serena minivenini təqdim edib. Bu model 90-cı illərin əvvəllərindən bazardadır, onun cari nəsli isə, 2016-cı ildən bəri Yaponiyada satışdadır. Qeyd etmək gərəkdir ki, Serena miniveni vaxtı ilə ProPilot yarımavtopilotu ilə təchiz edilən ilk Nissan modeli olub, yeni nəslə keçidlə birlikdə, miniven təkmilləşdirilmiş ProPilot 2.0 sistemini alıb. Daxili bazarda Nissan Serena iki hibrid versiyada təklif ediləcəkdir. Yeni minivenin qiyməti də artıq məlumdur.

Yeni Nissan Serena miniveni sələfindən daha aqressiv dizaynı olan bamperləri, üfüqi lamelləri olan böyüdülmüş radiator barmaqlığı və bir sıraya düzülmüş LED bölmələri olan vahid blok-fənərlər ilə fərqlənir. Arxa işıqlar öz orijinal formasını saxlasalar da, indi daha şaquli vəziyyətdə yerləşdiriliblər.

Image alt Image alt Image alt

Əsas yeniliklərdən biri təkmilləşdirilmiş funksionallığı və “əllərsiz” hərəkət etmək imkanı olan ProPilot 2.0 yarımavtopilotudur: əlləri sükandan götürməyə yalnız magistrallarda, 40 km/saat həddindən başlayaraq daha yüksək sürətlərdə icazə verilir. Bundan əlavə, Nissan Serena parkinq xətlərini tanımağı və yadda saxlamağı, həmçinin maneələri ötüb keçməkdə sürücüyə kömək etməklə, toqquşmaların qarşısını almağı öyrənib.

Satışların başlanğıcında "altıncı" Serena yeni 1,4-litrlik benzin mühərrikinə əsaslanan e-Power qurğusu ilə təklif olunacaqdır – bu qurğu artıq Note modelində quraşdırılır. Belə variant Yaponiya bazarında 3 198 800 - 4 798 200 yen (49 - 59 min manat) arasında qiymətləndirilib. 2023-cü ilin yazında model xətti 2,0-litrlik mühərrikli ikinci hibrid versiya ilə tamamlanacaqdır: belə minivenin qiyməti isə 2 768 700 - 3 269 200 yen (34 -40 min manat) arasında olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salon iki variantda - səkkiz və yeddi yerlik konfiqurasiyada təklif edilir. Minivenin standart versiyası 2 + 3 + 3 oturma düsturuna malik olan üç oturacaq sırası ilə təklif ediləcəkdir. Top versiyalarda isə ikinci cərgədə ayrıca "kapitan" kresloları quraşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.