Nissan şirkətinin Avstraliya bölməsi “dünyanın ən güclü Navara pikapını” buraxacağını bildirib. Söhbət çətin yol şəraitini fəth etmək üçün hazırlanmış Nissan Navara Pro-4X Warrior pikapından gedir. Warrior versiyası ilk dəfə iki il bundan öncə yapon markasının yerli model çeşidində peyda olub, indi isə belə bir versiya keçən payızda debüt edən yenilənmiş pikapın bazasında hazırlanacaqdır.
Əvvəl olduğu kimi, Nissan şirkəti “möhkəm” pikapın yaradılmasına Avstraliyanın Viktoriya şəhərində yerləşən Premcar mühəndislik bürosunu cəlb edib. Əvvəllər bu büro ingilis Prodrive şirkətinin filialı idi və Ford konserninin yerli şöbəsi ilə əməkdaşlıq edirdi.
Lakin 2012-ci ildə büro müstəqil şirkətə çevrildi və indi əsasən Çinin avtomobil istehsalçılarına kömək edir. Warrior versiyasını hazırlayarkən mühəndislər pikapların Avstraliyadakı istismar xüsusiyyətlərini və yerli alıcıların ehtiyaclarını nəzərə alıblar.
“Döyüşçü” yeni Nissan Navara Pro-4X pikapına əsaslanır. Belə modifikasiya, artıq kiçik də olsa, mürəkkəb yolsuzluqda hərəkət üçün hazırlığa malikdir.
Tərəfdaşlar avtomobil haqqında ətraflı məlumatı tam hüquqlu təqdimata saxlamağa qərar veriblər, lakin dərc edilmiş şəkillərdən göründüyü kimi, Warrior modifikasiyasının əsas xüsusiyyətləri möhkəmləndirilmiş asqı, altlığın müdafiəsi, polad bamperlər və ofroud şinləri taxılmış böyük diskləri olacaqdır.
Nissan Navara Avstraliyada və Asiyada yaxşı nəticələr əldə etsə də, Avropada pikap yox olma təhlükəsi ilə üzləşib. İlin ikinci yarısında Nissan şirkəti Avropa ölkələri üçün Navara pikaplarını istehsal edən Barselonadakı zavodu bağlamağı planlaşdırır: bu barədə bir il əvvəl, şirkətin yeni fəaliyyət strategiyasının açıqlanması zamanı elan edilib.
Nissan hal-hazırda Avropa üçün pikapların Cənubi Afrikadan (Navara istehsalı burada 2019-cu ildə başlamışdı) və ya Taylanddan tədarük imkanlarını araşdırır, lakin çox güman ki, model yerli çeşiddən çıxarılacaqdır.