Yapon istehsalçısı Amerikada Rogue kimi tanınan X-Trail modelini yeniləmək qərarına gəlib. Yenilənmiş krossover daha böyük radiator barmaqlığına sahib olub. Vizual təkmilləşdirmələr ilə yanaşı, 2024 model ilinin Rogue modeli Google xidmətlərinə girişi əldə edib. Texniki hissədə isə dəyişikliklər nəzərdə tutulmayıb. Krossover gələn ilin əvvəlində Şimali Amerika bazarında satışa çıxacaq və dörd təchizat səviyyəsində təklif ediləcək.
Nissan Rogue/X-Trail modelinin radiator barmaqlığı V-formalı xrom əlavəni itirib və nazik üfüqi çubuqları alıb. Ön bamperin dizaynı və LED işıqlarının qrafikası da dəyişdirilib. Rəng palitrasında o cümlədən ikirəngli variantlar da daxil olmaqla bir neçə yeni kuzov rəngi, habelə 19-düymlük yeni təkər diskləri peyda olub.
İnteryerdəki dəyişikliklər daha çox nəzərəçarpandırlar. Multimedia sisteminin sensorlu ekranının diaqonalı dəyişməyib - konfiqurasiyadan asılı olaraq, səkkiz və ya 12,3 düymlük displey quraşdırıla bilər.
Lakin bir qədər bahalı SL versiyasında daha böyük ekran mövcuddur. Eni zamanda, Rogue modeli daha bahalı versiyaların imtiyazı sayılan Google xidmətlərini - Maps, Assistant və Play, - alan ilk Nissan avtomobili olub. Bundan başqa, avadanlıq siyahısına qacetləri doldurmaq üçün simsiz meydança da daxil edilib.
Təchizat səviyyəsindən asılı olmayaraq, bütün Rogue modelləri Nissan Safety Shield 360 təhlükəsizlik sistemləri kompleksi ilə təchiz edilirlər. Kapotun altında heç bir dəyişiklik yoxdur. Amerikan krossoveri 204 at qüvvəsi və 225 Nm fırlanma anı hasil edən 1,5-litrlik üçsilindrli turbomühərrik ilə hərəkətə gəlir. Transmissiya – variatordur.
Rogue Nissan şirkətinin Tennessidəki zavodunda istehsal olunur. Yenilənmiş krossover 2024-cü ilin əvvəlində satışa çıxarılacaq, qiymətlər satışların başlanmasına yaxın elan ediləcək. Hazırkı Rogue modelinin ABŞ-dakı satış qiyməti 27 910 dollardan (47 500 manat) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.