Bir müddət bundan öncə, Nissan şirkətinin Navara pikapının bazasında yeni ofroderi hazırladığı haqqında məlumat vermişdik. Hətta o zaman, Headlightmag jurnalına istinad edən Paultan nəşri yeni ofroderin şəkillərini də yaymışdı. Bu gün yapon istehsalçısı ofroderin üzərindəki olmayan sirr pərdəsini qaldırıb və onun ilk rəsmi fotoşəkillərini dərc edib.
Əlbəttə ki, hər kəs yeni ofroderin cəsus şəkillərini görüb və artıq modelin zahiri görkəmi barədə danışmaq yersizdir.
Yeni fotoşəkillər arasında yeni ofroderinin salonun da təsviri vardır. Fotoşəkildən göründüyü kimi Terra modelinin salon tərtibatı Navarra pikapı ilə eynidir. Yeni ofroderin mühərrik çeşidini Nissan Navara pikapı ilə bölüşdürəcəyi ehtimal olunur. Hazırda Nissan Navara 160 və 190 at qüvvəsinə malik olan 2,3-litrlik dizel güc aqreqatı ilə təklif olunur. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilirlər. Böyük ehtimalla, yeni ofroder də Navara kimi arxa və tam ötürməli çəkiş ilə təklif ediləcəkdir.
Nissan şirkəti 7 yerlik salona malik olan Terra modelinin təqdimat mərasimini aprel ayında işinə başlayacaq Pekin avtosalonunda keçirəcəkdir.