ABŞ-ın Qüsurları Təhqiqat İdarəsi (ODI) yapon şirkəti ilə bağlı tədqiqatı başlatdığını açıqlayıb. Tənzimləyici təşkilata, dəyişən sıxılma dərəcəsi olan VC xəttinin yüksək texnologiyalı turbomühərrikləri ilə bağlı altı avtomobil sahibindən şikayət daxil olub. Şikayət ərizələrində mühərriklərin birdən-birə gücü itirdikləri və tamamilə sıradan çıxdıqları bildirilir. Yapon şirkəti problemin olduğunu etiraf edib.
2019-2023-cü model illərinə aid olan yeni Nissan (Altima, Rogue) və Infiniti (QX50, QX55) avtomobilləri ilə bağlı araşdırmalar aparılır. Bu avtomobillər iki turbomühərrikdən birindən istifadə olunur: üçsilindrli 1,5 VC-Turbo və ya dördsilindrli 2,0 VC-Turbo turbomühərrikləri. Hər iki mühərrik də dəyişən sıxılma dərəcəsinə malikdir. Rogue krossoverlərində - üç, Infiniti modellərində - iki, Altima sedanında isə bir mühərrik tamamilə sıradan çıxıb.
İlkin məlumatlara görə, söhbət dirsəkli val və/və ya L formalı halqada olan qüsurdan gedir. Nissan "müştərilərin təhlükəsizliyinə sadiq olduğunu və Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) ilə sıx əməkdaşlıq etdiyini" söyləyib. Yapon şirkətinin mühəndisləri problemi həll etməyə çalışırlar, bununla belə, geriçağırma kampaniyasına hələlik start verilməyib, üstəlik, nasaz avtomobillərin sayı Nissan tərəfindən təsdiqlənməyib.
Amerikan tənzimləyicisi bu ay ikinci dəfədir ki, Nissan avtomobillərinin mühərriklərinə diqqət yetirir. Bir qədər bundan əvvəl, NHTSA istehlakçıların Nissan Titan pikapının 5,0-litrlik Cummins turbodizelləri ilə bağlı şikayətlərini araşdıracağını bildirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.