Ata-babalarımız çox uzaq görən adamlar olub. Məsələn, “başqasına quyu qazan özü düşər”, “gülmə qonşuna, gələr başına” deyərək cavanları yanlış addımlar atmaqdan çəkindiriblər. Onları bu kəlamları deməyə məcbur edən, vaxtı ilə başlarının ədəh daşına dəyməsi, yəni acı təcrübələri olub.
Vaxtı ilə Nissan şirkətinin rəhbərliyi Qonun dələduzluqlarının üstünü açdığını bildirərək, onun barəsində iş qaldırılması üçün prokurorluğa müraciət etmişdi. Lakin, sonradan aydın olub ki,Nissan şirkətini çapıb-talayan təkcə Qon ilə Kelli olmayıb. Sən demə, şirkətin rəhbəri Hiroto Saikava da özünə əlavə maaş yazmaq məsələsində heç də adını çəkdiyimiz ikilidən geri qalmayıb – yapon menecer 2013-cü ildən başlayaraq özünə qəşəng mükafatlar ayırırmış.
Nə oldu Hiroto? Mənə "torba" tikəndə bilmirdin ki, sonun belə olacaq?
Bir həftə bundan öncə günahlarını boynuna alan Saikava 47 milyon yen məbləğində vəsaiti həzm-rabedən keçirdiyini etiraf edərək, yapon xalqından üzr istəyib. Elə o zaman da, istefaya getdiyini və idarəetməni yeni idarə heyətinə dövr edəcəyini bildirib. Koydo agentliyinin bildirdiyinə görə, hələlik şirkətə rəhbəliyi Yasuhiro Yamautiyə tapşırıblar. Nissan Motor şirkətinin seçiləcək yeni idarə heyəti qarışında duran əsas məsələnin Renault şirkəti ilə tərəfdaş əlaqələrinin yaxşılaşdırılması, həmçinin “brendin mənfəətliliyinin sabitləşdirilməsi” olacaqdır.
İndi siz deyin, bu yerdə Karlos Qonu ağlamaq tutmasın, nə etsin?