Yaponiyada key-karlar çox populyardır. Səbəb isə key-karlara edilən vergi və sığorta güzəştləridir. Bu səbəbdən də, Nissan şirkəti elektrik güc qurğusu ilə təchiz edilmiş IMk konseptual key-karını təqdim edib. Konsept yapon markasının Timeless Japanese Futurism (“əbədi yapon futurizmi”) dizayn üslubunda eksteryer və interyerə malikdir.
Konsepsiya sadəlik və təbiiliyi ilə seçilən ənənəvi yapon dizaynına əsaslanır. Məsələn mis rəngi bu metalla işləyən sənətkarlara, kuzov dəstinin tərtibatı isə qədim midzuxiki incəsənətinə işarə edir. Sonuncu düyü kağızından istifadə etməklə dekorativ bəndlərin yaradılmasıdır.
Konseptin salonu yenidən qonaq otağı və rahat kafe mövzusuna toxunur. Salonun tərtib edilməsi üçün parça və ağacdan istifadə edilir. Məsələn, qapı panelinin aşağı hissəsindəki bölmə yapon dülgərlik texnikası olan kigumi’ni təqlin edir. Nissan IMk modelinin ön panelinəd fiziki düymələr mövcud deyil: bütün düymələr sensorludur. Məlumatın daxil edilməsi üçün isə iki “süzən” holoqrafik displeydən istifadə edilir. Ətraf işıqlandırması ekranla ahəngdə işləyərək, kontentdən asılı olaraq öz rəngini dəyişir.
Konseptin texniki hissəsi barədə məlumat verilməsə də, onun ən mütərəqqi ProPİLOT 2.0 avtopilotu, Wi-Fi nöqtəsi, sürücünün smartfon vasitəsi ilə identifikasiyası, I2V (Invisible-to-Visible) sistemi ilə təchiz edildiyi məlumdur. Sonuncu vericilərdən istifadə edərək daim “bulud” qoşulmanı və avtomobilin ətrafındakı məkana nəzarəti həyata keçirir. Məsələn, bu sistem tamamlanmış reallıqdan istifadə edərək piyadanı sürücünün baxış dairəsinə girməsindən