Nissan 2016-cı ildən bəri e-Power ardıcıl hibrid sistemindən istifadə edir. Qurğunun tərkibinə elektrik dartma mühərriki ilə birləşdirilmiş üçsilindrli 1,2-litrlik mühərriki daxildir. Belə qurğu Nissan Note hetçbekində debüt edib.

E-Power sisteminin ikinci nəsli isə, 2021-ci ildə Nissan Qashqai krossoverində peyda olub: artıq kapotun altında dəyişən sıxılma nisbətinə malik olan 1,5 VC-Turbo “turboüçlüyü” quraşdırılırdı. İndi isə,üçüncü nəsil e-Power güc qurğusu elə həmin Qashqai krossoverində debüt edib.

O, əvvəlki kimi ardıcıl sxemlə işləyir, yəni benzin mühərriki nə təkərlərə, nə də qaz pedalı ilə bağlı deyil və elektronikanın nəzarət altında yalnız generator rejimində işləyir. Eyni zamanda, 1,5-litrlik “turboüçlük”  ciddi şəkildə yenidən işlənib.

İlk növbədə o, sıxılma nisbətini dəyişdirən mürəkkəb sistemini itirib: bu sistem "izafi" kimi xarakterizə edilib və konstruksiyadakı digər yeniliklər ilə uyğun gəlmir.

Yeniliklərdən başlıcası yüksək həndəsi sıxılma nisbəti olan qənaətcil dövrəyə keçiddir ki, bu da  mühərrikin istilik səmərəliliyini 42 faizə qədər artırmağa və onun iştahını azaltmağa imkan verib.

Bundan əlavə, daha böyük bir turbokompressor peyda olub ki, bu da səmərəliliyi saxlamaqla dirsəkli valın sürətini 200 dövr/dəqiqə azaltmağa imkan verib. 0W16 yağına keçid də səmərəliliyə öz töhfəsini verib. Eyni zamanda, xidmət intervalı 15 mindən 20 min kilometrə artırılıb.

Yeni dartma elektrik mühərriki (əvvəlki kimi, ön oxda quraşdırılıb) reduktor, generator və inventor ilə vahid modulda yerləşir. O, nəinki sələfindən daha yüngül və yığcam olub, üstəlik, qurğunun səs-küy və vibrasiya səviyyəsi azalıb.

Elektrik mühərrikinin gücü 190-dan 205 at qüvvəsinə yüksəldilib (lakin yalnız Sport rejimində). Nəticədə krossoverin salonundakı səs-küyün səviyyəsi 5,6 dB, yanacaq sərfiyyatı isə, 12-16% (hərəkət rejimindən asılı olaraq) azalıb. 

Pasport üzrə ortalama sərfiyyat 4,5 l/100 km (WLTP dövrü) təşkil edir. Dolu çənlə yürüş məsafəsi 1200 kilometrə çatır. 2,1 kilovat/saat tutumlu dartma batareyası əvvəlkidir.

Güc qurğusandakı dəyişiklik Nissan Qashqai krossoverinin eksteryerinə və interyerinə təsir etməyib, çünki o, bir il bundan əvvəl planlaşdırılmış restylinqdən keçib. Əvvəlki kimi, e-Power versiyası ilə yanaşı, modifikasiya çeşidinə 1,3-litrlik turbomühərriki və variatoru olan "yumşaq" hibridlər daxildir və yalnız onlar tam ötürmə ilə təchiz edilə bilərlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan Qashqai krossoverləri şirkətin Sanderlenddəki ( Böyük Britaniya) zavodunda istehsal olunur. Yeni üçüncü nəsil e-Power sisteminə malik olan avtomobillər sentyabr ayında Avropa bazarına çıxacaq. Belə krossoverin qiyməti də həmin vaxt açıqlanacaq.

Daha sonra burada yığılan avtomobillər Afrika və Okeaniyaya göndəriləcəklər. Bir müddətdən sonra təkmilləşdirilmiş e-Power sistemi Renault-Nissan-Mitsubishi alyansının digər modellərində də quraşdırılmağa başlayacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.