Nissan şirkəti üçüncü nəsil Note hetçbekimi təqdim edib. Hetçbek yeni platformaya keçib, daha müasir dizayna və gücü artırılmış E-Power qurğusuna sahib olub.
Yeni Nissan Note modeli, son nəsil Renault Clio, Renault Captur və Nissan Juke əsasını təşkil edən CMF-B arxitekturasına keçib. Sələfi ilə müqayisədə modelin ölçüsü bir qədər azalıb. Note modelinin təkər bazası 20 millimetr azalaraq 2580 millimetrə bərabər olub. Yeni hetçbekin uzunluğu 4045, eni – 1695, hündürlüyü isə 1505 millimetrdir. Beləliklə, yeni hetçbek sələfindən 55 millimetr qısadır. Hetçbek 15 və 16 düymlük alüminium təkər diskləri ilə təchiz edilir.
Zahiri cəhətdən Note modeli keçən yay təqdim olunan daha iri Nissan Ariya elektrik krossoverinə bənzəyir. Avtomobil, V-şəkilli radiator barmaqlığına, vizual olaraq birləşdirilmiş LED ön işıq texnikasına, yüksək çiyin xəttinə və alçaq dam xəttinə sahib olub. Arxa işıqlar Nissan yazısı olan qara zolaqla birləşdirilib. Kuzov üçün 13 kuzov rəngi təklif edilir ki, onlardan ikisini seçilən qara damla sifariş etmək olar.
Ariya krossoveri ilə oxşarlıqlar salonda davam etdirilib. Ön paneldə, bir blokda yerləşdirilmiş doqquz və yeddi düymlük iki ekran yerləşir. Birinci ekran multimedia sistemindən və naviqatordan cavabdehdir, ikinci display isə rəqəmsal cihazlar paneli rolunu oynayır. Yeni Note modelinin avadanlıq siyahısına smartfonun simsiz doldurulması üçün meydança, ikili zonalı iqlim nəzarəti və USB-C portları daxildir. Ariya modelində olduğu kimi, hetçbekdə əyləşən insana düşən yükü azaldan Zero Gravity ön oturacaqları quraşdırılmışdır. Oturacaqları parça və ya əsl dəri ilə üzləmək mümkündür.
Standart olaraq, Note modeli ikinci nəsil ardıcıl E-Power hibrid güc qurğusu ilə təchiz edilir. Güc aqreqatı 82 at qüvvəsi və 103 Nm fırlanma anı hasil edən 1,2-litrlik üçsilindrli atmosfer mühərrikindən, ön oxdakı elektrik mühərrikindən və yığcam litium-ion batareyadan ibarətdir. Ön ox elektrik mühərriki vasutəsi ilə hərəkətə gəlir, daxili yanma mühərriki isə generator kimi fəaliyyət göstərir.
Nissan hibrid qurğunun ümumi hasilatını açıqlamayıb. Yapon mətbuatının verdiyi məlumata görə, güc qurğusu 116 at qüvvəsinə və 280 Nm fırlanma anına malikdir. Bu, sələfində olduğundan 7 at qüvvəsi və 26 Nm çoxdur.
Nissan şirkəti, nəsil dəyişikliyi ilə birlikdə Note modelinin invertorunun 40% daha kiçik və 30% daha yüngül, daxili yanma mühərrikinin isə daha səmərəli olduğunu qeyd edir.
Nissan şirkəti ön ötürməli versiya ilə eyni vaxtda Note modelinin tam ötürməli versiyasının satışlarına başlayacaqdır. Tamötürməli hetçbek arxa oxda quraşdırılan elektrik mühərriki ilə təchiz edilir.
Yeni Nissan Note modeli ikinci nəsil ProPilot kompleksini də əldə edib. Bu komplesin tərkibinə dayanma funksiyasına malik olan adaptiv kruiz-kontrol, həmçinin naviqatorla tandemdə işləyən və sürəti tənzimləyərək avtomobili qarşıdakı döngələrə hazırlayan zolağa nəzarət sistemi də daxildir. Bundan əlavə, yeni hetçbekin avadanlıq siyahısına təcili əyləcləmə sistemi, kor zonalara nəzarət, avtomatik uzaq işıqlar və dairəvi görüntü kameraları da daxil edilib.
Üçüncü nəsil Nissan Note modelinin Yaponiyadakı satışlarına 23 dekabr tarixində başlanacaqdır. Hetçbek vətənində 2.029.500 ilə 2.186.800 yen arasında qiymətlər ilə satılacaqdır.