Nissan şirkəti Versa modelini yeniləyib. Bu sedan istənilən halda ABŞ-ın ən ucuz avtomobili adını qoruyub saxlayıb. Amerika bazarında büdcə avtomobilləri seqmenti sürətlə kiçilir - Kia Rio və Chevrolet Spark modellərinin istehsalı dayandırılıb, Mitsubishi Mirage isə, son model ilini yaşayır. Bununla belə, bir model hələ də satılır və hətta yenilənir, o da Nissan Versa sedanıdır.
Versa (bəzi ölkələrdə Almera adı ilə satılır) 2022-ci ildə əsaslı modernizasiyaya məruz qalıb, sonra 2023-cü ildə və indi - 2024-cü ildə yenilənib. Nissan America bölməsinin rəsmi press-relizinə görə, 2025-ci model ilinin sedanının qiyməti 17,190 dollardan başlayır ki, bu da ABŞ bazarında hər hansı yeni avtomobilin üçün təklif olunan ən aşağı pərakəndə satış qiymətidir.
Nissan həmçinin ölkədə cəmi üç modelin 22 000 dollardan aşağı qiymətə satılıdığını və Versa sedanının yerli model xəttində qiyməti 30 000 dollara qədər olan altı modeldən biri olduğunu qeyd edib.
2025-ci model ilinin Versa modeli LED faralar (S və SV təchizat səviyyələri), 360 dərəcəlik kameralar, piyadaları aşkarlayan avtomatik təcili əyləcləmə sistemi, zolaqdan çıxma xəbərdarlığı sistemi və uzaq işıqların yaxına avtomatik keçməni təmin edən sistemi ilə təklif olunur.
Sedanda həmçinin kor nöqtələrə nəzarət sistemi, eləcə də arxadakı çarpaz toqquşma təhlükəsi barədə xəbərdarlıq sistemi var. Top SR versiyasında ağıllı kruiz-kontrol da mövcuddur. Komfort opsiyalarına yeddi düymlük sensor ekranı olan multimedia sistemi daxildir (SR versiyasında ekranın diaqonalı səkkiz düymədək artırılır). Apple CarPlay və Android Auto tətbiqlərinin dəstəklənməsi də peyda olub.
Nissan Versa modeli ABŞ spesifikasiyasında 122 at qüvvəsi hasil edən 1,6-litrlik dördsilindrli mühərriklə təchiz edilir. Transmissiyalar - beş pilləli mexaniki (bazada) ötürmələr qutusu və variatordur. Çatdırılmanın dəyəri nəzərə almadan 2025-ci ilin Nissan Versa modelinin qiyməti 17 190 dollardan başlayır, bütün opsiyalara malik olan ən bahalı versiya isə 21 190 dollara başa gələcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.