Nissan şirkəti X-Trail modelinin Yaponiya bazarı üçün nəzərdə tutulmuş Nismo versiyasını təqdim edib. X-Trail Nismo modelinin Yaponiya bazarındakı satışlarına sentyabr ayının 24-də başlanmalıdır. “Bərkgedən” krossoverin qiyməti 5 416 400 yendən (62 500 manat) başlayır.

X-Trail Nismo modelinin asqısı yana əyilmələrin azaldılmasın xidmət edən və əvvəllər Nissan modellərində quraşdırılmayan yeni Kayaba Swing Valve amortizatorlarını əldə edib. Generator kimi işləyən daxili yanma mühərriki və iki dartma elektrik mühərriki olan e-4ORCE ardıcıl hibrid güc aqreqatı eyni qalıb, lakin arxa və ön təkərlər arasında fırlanma anının paylanması yaxşılaşdırılıb. Bunun sayəsində krossover yolda özünü daha dayanıqlı aparır.  Görünən odur ki, elektrik mühərriklərinin hasilatı da dəyişməyib: ön mühərrik 198 at qüvvəsi, arxa mühərrik isə, 132 at qüvvəsi təklif edir.

Krossoverin təkər disklərini daha böyük 20 düymlük disklər ilə əvəzləniblər və onlar Michelin Pilot Sport EV şinləri ilə təchiz ediliblər. Bundan əlavə, sükan idarəetməsi yenidən tənzimlənib, akseleratorun həssaslığını artıran Sport rejimi, habelə orta və yüksək diapazonda sürətlənmə üçün Automatic rejim əlavə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nismo versiyasını özünəməxsus kuzov dəsti – öndə tünd xrom, bamperlər, yan ətəklər və yan güzgülərin qırmızı zolaqlı korpusları, - sayəsində tanımaq olar. Salonda qara və qırmızı rəng sxemini, ön sırada Recaro idman oturacaqlarını və Nismo loqolarını görmək mümkündür.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.