Nissan X-Trail krossoverinin T33 indeksli dördüncü nəsli 2020-ci ildə debüt edib və tədricən Çin və Avropa da daxil olmaqla əksər vacib bazarlarda satışa çıxıb. Bu avtomobil Avstraliyada da satılır və burada onun yeni N-Trek versiyası debüt edib. Yeni versiya açıq havada vaxt keçirməyə üstünlük verən şəxslərə ünvanlanıb. Əvvəllər oxşar variant Yaponiyada da var idi, lakin Avstraliyada satılacaq versiyanın özünəməxsus xüsusiyyətləri var.

Janrın qanunlarına əsasən, Nissan X-Trail N-Trek xrom dekorun əksər hissəsindən məhrum edilib, ön bamper isə, yeni aşağı örtüyü alıb. Duman əleyhinə işıqlar iri korpusların dərinliklərində quraşdırılıb, radiator barmaqlığı və V-formalı çərçivə parlaq qara rənglə örtülüb.

Yüksək profilli şinlər taxılmış orijinal 18-düymlük disklər quraşdırılıb. Beş kuzov rəngini və qara damı seçmək imkanı da mövcuddur. N-Trek versiyasının interyerinin əsas xüsusiyyəti yüksəldilmiş dözümlülüyə malik olan xüsusi suyadavamlı eko-dəridən hazırlanmış üzlükdür. Paketə rezin ayaqaltılar da daxildir.

Bununla belə, yolsuzluq anturajına baxmayaraq, Avstraliya Nissan X-Trail N-Trek tamamilə standart şassiyə malikdir. Üstəlik, bu krossoveri həm tam ötürmə, həm də əsas ön ötürmə ilə almaq olar! Güc aqreqatı da standartdır.

Avstraliya X-Trail modelinin üçsilindrli turbomühərrikə keçmədiyi yeganə bazardır. Burada əvvəlki kimi, 2,5-litrlik dördsilindrli atmosfer mühərrikinin (184 at qüvvəsi, 244 Nm) və variatorun tandemi təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Maraqlıdır ki, Avstraliyada X-Trail modelinin ofroud versiyaları üçün N-Trek adından istifadə edilməsi ilk dəfə deyil. Əvvəlki nəsil krossoverin belə modifikasiyası var idi: o 2019-cu ildə peyda olub, lakin cəmi 500 nüsxədə istehsal edilib. Nissan X-Trail N-Trek versiyasının qiyməti 47 min Avstraliya dollarından (31 min ABŞ dolları) başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.