Nissan şirkəti rəsmi olaraq Nissan X-Trail modelinin Style Edition adını almış xüsusi modifikasiyasını təqdim etmişdir. SUV seqmentində populyar olan krossover eksteryer və interyerin tərtibatının eksklyüziv həllini, genişlənmiş avadanlıq siyahısını əldə etmişdir. Nissan X-Trail Style Edition modifikasiyasının bir sıra Avropa ölkələrində də satışı nəzərdə tutulmuşdur. Xüsusi variant ən bahalı Tekna modifikasiyasının bazasında yaradılmışdır.
Xüsusi modifikasiya, Tekna təchizat səviyyəsinə əlavə olaraq, 19-düymlük təkər diskləri, əlavə müdafiə örtmələrlə, baqaj bölümünün xüsusi xalçası, yüngül ərintilər ilə örtülmüş pedal qovşağı, xromdan hazırlanmış qapı kandarları, 7-düymlük sensorlu ekranı olan multimedia və digər avadanlıqlaırıntəchiz edilir.
Artıq standart təzhicat səviyyəsində Nissan X-Trail Style Edition dəri ilə örtülmüş oturacaqlara malikdir. Bundan əlavə, avtomobil oturacaqların qızdırılması və elektriklə tənzimlənməsi, dəri ilə örtülmüş sukan çarxını və sürətlər qutusunun dəstəyi, tavanın eksklüziv tərtiabtı ilə seçilir.
Məlum məsələdir ki, xüsusi modufukasiya Nissan şirkətinin arsenalında olan təhlükəsizlik və sürücüyə yardım sistemləri ilə də təchiz edilir. Bunların sırasında qəfil əylənmə zamanı yardım sistemi və yol nişanlarını «tanıyan» sistem də vardır.
Nissan X-Trail Style Edition modifikasiyası iki güc aqreqatı ilə təklif ediləcəkdir. Bunlardan birincisi 163 at qüvvəli 1,6 DİG-T benzin mühərriki, digəri isə 130 at qüvvəsi gücü olan 1,6 DCİ dizel aqreqatıdır. Mühərriklər mexaniki sürətlər qutusu və ya Xtronic variatoru ilə tandemdə çalışa bilərlər.
Avtomobil həm öndən ötürməli, həm də tam ötürməli çəkiş sistemi ilə də təchiz edilir.