Nissan şirkəti Avropada satılan X-Trail modelinin mühərrik çeşidini yeniləyib. Artıq krossover Euro 6d-TEMP standartlarına cavab verən benzin və dizel mühərrikləri dəsti ilə təklif edilir.
1,6-litrlik DIG-T turbomühərriki Renault-Nissan alyansının Daimler konserni ilə birlikdə hazırladıqları 1,3-litrlik DIG-T mühərriki ilə əvəzlənib. Yeni aqreqat 160 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, 1,6-litrlik mühərrikin hasilatı 163 at qüvvəsi və 240 Nm idi. 1,3-litrlik aqreqat yeni altı pilləli iki muftalı «robot» ilə təchiz edilir. Yeni qutu variatoru əvəzləyib. Avropada benizn mühərrikli Nissan X-Trail yalnız öndən çəkişlə təklif edilir.
1,6 və 2,0-litrlik dizel mühərrikləri 170 at qüvvəli 1,7-litrlik aqreqatla əvəzlənibdir. Dizel mühərriki altı pilləli mexaniki qutu ilə tandemdə çalışır. Dizel krossoverlər öndən və tam çəkişli ola bilərlər.