Nissan GT-R sportkarı artıq 11 ildir ki istehsal edilir. Bu müddət ərzində sportkar bir neçə dəfə modernizasiyaya da məruz qalıb. Buna baxmayaraq, yeni modelin nə zaman işıq üzü görəcəyi məlum deyildir. Əlbəttə ki, vəziyyətdən çıxış yollarında biri modelin xüsusi versiyalarının buraxılmasıdır. Bunun bariz nümunəsi kimi, bu yaxınlarda Italdesign atelyesi ilə birlikdə buraxılan GT-R50 modelini göstərmək olar. 50 ədəd buraxılacaq unikal sportkarın qiyməti 990 min avrodur.
Bununla kifayətlənməyən Nissan şirkəti Yaponiya bazarı üçün də xüsusi versiya təsis etmək qərarına gəlib. Bu dəfə yaponlar Nissn brendinin yeni səfiri, “Böyük dəbliqə” turnirlərinin birininin qalibi olan Naomi Osakini seçib.
Beləliklə, yeni seriyadan olan Nissan GT-R Special Edition sportkarı Premuim təchizat səviyyəsinə malik olan modelin əsasında inşa edilib. İstehsalçı avtomobili üç xüsusi rəngə boyamağı təklif edir: Midnight Opal, Brilliant White Pearl və Meteor Flake Black. Kuzov rəngindən asılı olaraq üç müxtəlif tərtibat variantından birini seçmək olar. Rənglərin uyğunlaşdırılması Naomi tərəfindən həyata keçirilib.
Bundan başqa, xüsusi seriyadan olan kupelərin təchizatına karbondan hazırlanmış antiqanad və modelin nömrəsi həkk edilmiş xüsusi qızıl lövhə daxildir. 50 nüsxəlik tirajla buraxılacaq avtomobilin qiyməti hələlik açıqlanmayıb.