Elektromobillərin istehsal edilməsinin pionerlərindən biri olan Nissan şirkəti, geniş miqyaslı elektrikləşdirmə planını açıqlayıbr. EV36Zero (360 dərəcəlik əhatə dairəsini işarədir) adlı yeni proqram Avropa bazarı üçün hazırlanıb və Böyük Britaniyada tətbiq ediləcəkdir. Sunderlənddə mövcud olan zavodunun ətrafında (hazırda Leaf, Juke və Qashqai modelləri istehsal olunur) elektromobillərin tam dövr üzrə buraxılması üçün yeni istehsalat kompleks inşa ediləcəkdir.
Bu layihə 1 milyard funt sterlinqə başa gələcəkdir, lakin xərclərin bir hissəsini Envision AESC və Sanderləndin hökuməti öz üzərinə götürəcəkdir. Breksitdən sonra, hökumət sənayenin inkişafına böyük maraq göstərir.
Bəyan edilən bir milyard funt sterlinqin 450 milyonu giqafabrikin, yəni dartma batareyaları istehsal edən zavodun tikintisinə xərclənəcəkdir. Sunderlənddə artıq belə bir zavod var: müəssisə 2012-ci ildən bəri fəaliyyət göstərir, Nissan Leaf və e-NV200 modelləri üçün batareyalar istehsal edir.
Ancaq burada yalnız Envision AESC tərəfindən tədarük olunan hazır özəklərdən batareyalar yığılır, gələcək zavodda isə, batareyaların tam ölçülü istehsalı təşkil ediləcəkdir.
Bu, Nissan və Envision AESC şirkətlərinin ortaq layihəsidir: ilk mərhələdə müəssisənin gücü ildə 9 giqavat-saat və ya 100 min akkumulyator olacaqdır. 2030-cu ilə qədər isə, tərəfdaşlar müəssisənin gücünü əvvəlcə 25 giqavat-saata (bunun üçün 1,8 milyard funt sterlinq tələb olunacaq), daha sonra isə 35 giqavat-saata qədər artırmağı planlaşdırırlar.
Xərclərin ikinci maddəsi - giqafabrikdə istehsal olunan batareyaların quraşdırılacağı yeni elektrik modelinin hazırlanması və istehsalı üçün sərf ediləcək 423 milyon funt sterlinqdir. Hələlik bu modelin CMF-EV platformasında inşa ediləcək krossoverin olacağı açıqlanıb.
Bu krossoverin CMF-EV arxitekturasına əsaslanan Nissan Ariya krossoverinin kiçik qardaşının olacağı güman edilir. Yeni “ingilis” krossoverinin planlaşdırılan istehsal həcmi ildə 100 min avtomobildir.
Nəhayət, elan edilmiş milyarddan geridə qalan vəsait Nissan fabriklərini "təmiz" elektrik enerjisi ilə təmin edəcək Microgrid kompleksinin yaradılmasına xərclənəkdir. Kompleksin tərkibinə ümumi gücü 132 meqavat olan günəş panelləri və külək turbinləri, həmçinin Nissan Leaf elektrokarlarının köhnə batareyalarından hazırlanmış bir meqavat gücündə elektrik bufer anbarı daxil olacaqdır. Sandelənddəki avtomobil zavodunun ətrafında yaradılacaq istehsal kompleksinin inşasına artıq başlanıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.