Nissan ikinci nəsil Leaf elektrokarına həsr etdiyi növbəti tizeri yayıb. Bu dəfə istehsalçı 6 sentyabr tarixində Yaponiyada təqdim ediləcək elektromobilin arxa fənərinin əks etdirildiyi şəkili dərc edib. Bir müddət bundan əvvəl yapon istehsalçısı modelin aerodinamikasından danışıb.
Bununla belə, Nissan model haqqında dəqiq rəqəmləri və detalları açıqlamayıb. İstehsalçının bildirdiyinə görə, "kiçik aerodinamik müqavimət əmsalının və ən yaxşı dayanıqlılığın mövcudluğu" yeni Leaf modelinə enerjidoldurma məntəqəsinə kimi böyük məsafə qət etməyə imkan verəcəkdir. Nissan şirkəti dəfələrlə ikinci nəsil Leaf modeli barədə tizerlər dərc edərək bəzi məlumatları açıqlamışdır. Belə ki, yeni Nissan Leaf modelinin rəqəmsal cihazlar panelinə, qismən avtonom idarəetməyə (magistrallarda bir zolaq çərçivəsində hərəkət zamanı), avtomobili dayandırmaq imkanı verən ağıllı akselerator pedalına sahib olacağı bildirilmişdir.
Bu ayın əvvəlində avtomobilin reklam çəkilişləri zamanı çəkişmiş aşağı kefiyyətli şəkilləri internet şəbəkəsində peyda olub. Şəkilişlər Barselonada aparılıb.