Nissan şirkəti ənənəvi ötürmələr qutusudan məhrum edilmiş ilk hibrid krossoverini təqdim edib. Tailand bazarı üçün nəzərdə tutulan yenilənmiş Kicks modeli alternativsiz olaraq e-Power güc qurğusu ilə təchiz olunur. Güc qurğusunun tərkibinə 1,2-litrlik atmosfer mühərriki və ötürücü qutunun yerində quraşdşırlan elektromotor və dartma batareyası daxildir.
Nissan şirkətinin hazırladığı e-Power hibrid sistemi 2016-cı ildə Note hetçbekində debüt edib, sonra isə Serena minivenində quraşdırılıb. Lakin, belə qurğu Yaponiyadan kənarda istehsal edilən modellərdə tətbiq edilmirdi. Nissan Kicks modeli e-Power hibrid qurğusunu əldə edən ilk krossoverdir.
E-Power qurğusu tərkibinə 1,2-litrlik üçsilindrli atmosfer mühərriki (79 at qüvvəsi, 103 Nm), inventor, elektromotor (129 at qüvvəsi, 260 Nm) və ön oturacaqların altında yerləşən batareya dəsti daxil olan ardıcıl-hibrid sxemdən ibarətdir. Benzin mühərrikinin ön təkərlərlə əlaqəsi yoxdur və generator rolunu oynayır. Ön oxun fırlanmasına elektrik mühərriki cavabdehdir.
E-Power ardıcıl hibrid sistemi 1,57 kilovat-saatlıq çox yığcam lityum-ion batareyası ilə kifayətlənməyə və elektromobilin üstünlüklərini adi benzin avtomobilinin yanacaq doldurma rahatlığı ilə birləşdirməyə imkan verir. Bundan əlavə, "özüdolan" Nissan modeli hibrid olmayan həmkarlarından daha qənaətcil və ekoloji cəhətdən təmizdir.
Yapon şirkətinin e-Power güc qurğusu ilə birlikdə tam ötürmə sistemini tətbiq etmək imkana malik olmasına baxmayaraq, Tailandda satılacaq Nissan Kicks e-Power modeli yalnız ön ötürmə ilə təklif ediləcəkdir. Məsələn, yapon istehsalçısı daxili bazarda arxa oxda elektrik mühərriki quraşdırılan tamötürməli Nissan Note e-Power modelini təklif edir.
Yenilənmiş Nissan Kicks modelini radiator barmaqlığının, ön bamperin və fənərlərin yenidən işlənmiş dizaynı sayəsində asanlıqla tanımaq olar. Avtomobilin hava girişlərinin sahəsi genişləndirilmiş, fənərlər isə bir qıyqacı olublar. Arxa bamper də yeni tərtibata, arxa fənərlər isə fərqli naxışa sahib olublar. Krossoverin işıq texnikası tamamilə işıqdiodlarından hazırlanıb.
İnteryerdə də dəyişikliklər var: ötürmələr qutusunun ənənəvi dəstəyi yerini hərəkət rejimlərini seçmək üçün nəzərdə tutulmuş joystikə verib. Multimediya sisteminin 7-düymlük sensorlu displeyi 8-düymlük ekran ilə əvəz edibdir.
Krossoverin standart təchizatına altı hava yastığı və 7-düymlük ekrana sahib olan cihazlar paneli daxil edilib. Opsiyalar arasında adaptiv kruiz-kontrol, dairəvi görüntü kameraları, kor zonalara nəzarət və avtomatik əyləcləmə funksiyası vardır.
Tailand yenilənmiş Nissan Kicks modelinin satılacağı ilk bazardır. Burada yenilənmiş krossover 889 min batdan 1 milyon 49 min batadək olan qiymətlərlə satılacaqdır. Tezliklə, oxşar reseptə əsasən, Şimali, Cənubi Amerika və Çində satılan "qlobal" krossover də yenilənəcəkdir. Yenilənmədən nəsibini B0 platformasında inşa edilən və Hindistan bazarında satılan versiya da alacaqdır.