Nissan şirkəti Tailand və digər Asiya ölkələri üçün nəzərdə tutulan yenilənmiş Nissan Navara modelini təqdim edib. Model yeni dizayna və müasir 2,3-litrlik biturbodizelə sahib olub. Yenilənmiş pikap 2020-ci ilin sonuna qədər satışa çıxacaqdır.
Nissan NP300 Navara pikapı altı il əvvəl Samutprakandakı (Tailand) zavodda buraxılmağa başlayıb. O vaxtdan bəri pikap dəyişilməz olaraq istehsal edilib. Artıq pikap yapon markasından olan digər modellərlə eyni üslubda dizayna sahib olub: yenilənmiş Navara modeli iri ölçülü radiator barmaqlığına, tamamilə LED işıq texnikasına və yeni arxa fənərlərə malikdir.
Yeniləmə ilə birlikdə Navara modeli Pro-4X adlı versiyaya da sahib olub. Bu versiyanı təkər tağlarının genişləndiriciləri, seçilən eksteryer və interyer elementləri, habelə 17-düymlük təkər diskləri sayəsində tanımaq olar.
Pikapın texniki hissəsində baş vermiş əsas yenilik, köhnə 2,5-litrlik mühərriki əvəz edən iki turbokompressorlu müasir 2.3 dCi dizel mühərrikidir. Bu mühərrik Asiya bazarları üçün yenilik olsa da, artıq Avropa və Avstraliya bazarlarında satılan Navara pikapında quraşdırılır. 2,3-litrlik dizel iki güc variantında mövcuddur: 163 və ya 190 at qüvvəsi. Transmissiya - altı pilləli mexaniki ötürmələr qutusu və ya yeddi pilləli "avtomatdır". Ötürmə - arxa və ya tam ötürmə sistemidir.
Digər dəyişikliklər arasında gücləndirilmiş arxa asqı və təkmilləşdirilmiş səs-küy izolyasiyası yer alır. Bundan əlavə, yenilənmiş Navara təkmilləşdirilmiş sükan qolu sayəsində aşağı sürətlərdə daha çevikdir. Pikapın yükgötürmə qabiliyyəti 1,2 tona qədər artıb.
Salondakı dəyişikliklər o qədər də nəzərəçarpan deyil. Cihazlar panelində yeddi düymlük rəngli displey peyda olub, Apple CarPlay və Android Auto tətbiqləriniı dəstəkləyən multimedia sisteminin səkkiz düymlük ekranı modelin Avropa versiyasından köçürülüb. Mövcud avadanlıqların siyahısına avtomatik əyləc sistemi, zolağa sistem və dairəvi görüntü sistemi daxildir.
Nissan Navara modelinin Tailanddakı satışlarına bu ilin dekabr ayında başlanacaqdır. Sonradan, yenilənmiş pikap digər Asiya ölkələrində də satışa çıxarılacaqdır. Bu pikaplar Cənubi Afrika və Meksikadakı zavodlarda buraxılacaqdırlar.