Nissan şirkəti Z Proto sportkarına həsr olunmuş tizer kampaniyasını davam etdirir. Bu adın altında, qeyri-rəsmi olaraq Nissan 400Z kimi tanınan Z seriyasından növbəti modelin prototipinin gizlədiyini düşünürük.
Yeni dərc edilən videoçarxda dizaynerlərin yeni kupe üçün əvvəlki modellərdən götürdükləri dizayn elementləri nümayiş etdirilir. Məsələn, yuvarlaq formada olan ön fənərlər orijinal Nissan Fairlady Z (Datsun 240Z) modelini, arxa işıq texnikası isə, Z32 kuzovunda olan 300ZX sportkarını xatırlatmalıdır.
Bundan əlavə, arxa dayağa vurulan yenilənmiş Z loqotipi nümayiş etdirilir və salona nəzər salmaq imkanı yaradılır. Videodan göründüyü kimi, istehsalçı yeni sportkarın mexaniki ötürmə qutusu ilə təchiz ediləcəyinə də işarə edir. Eyni zamanda, daha əvvəl Infiniti Q60 modelindən alınmış 400 at qüvvəli V6 mühərrikinin doqquz diapazonlu “avtomat” ilə tabdemdə çalışacağı bildirilmişdi.
Nissan şirkətindən Z Proto modelində retro tərzinin günümüzün ən müasir texnologiyaları ilə vəhdət təşkil edəcəyi bildirilsə də, bunun mənası açıqlanmayıb. Çox güman ki, söhbət müasir multimedia kompleksindən və təhlükəsizlik sistemlərindən gedir.
Nissan Z Proto modeli 16 sentyabr tarixində təqdim ediləcəkdir. Aeriya modelinin istehsalına 2021-ci ildə başlanıla bilər.