Nissan şirkəti 370Z kupesinin Heritage Edition adlı xüsusi modifikasiyasını hazırlanmışdır. Xüsusi modifikasiya iki ildən sonra Z seriyasının yaradılmasının 50 illik yubileyini xatırlatmaq üçün yaradılmışdır.
Xüsusi modifikasianın kuzovu qara zolarları olan sarı rəngə və gümüşü zolaqları olan qara rəngə boyanacaqdır. Bundan başqa, kupe gələcəkdə adi 370Z modellərində tətbiq ediləcək təkmilləşdirmələri də əldə etmişdir. Onların arasında yeni ön və arxa işıq texnikası, ön bamperdəki yeni formalı hava girişləri və tünd xromla işlənmiş qapı dəstəkləri də vardır. Nissan 370Z Heritage Edition modeli 336 at qüvvəli 3,7-litrlik altı silindrli mühərriklə təchiz edilir. Güc aqreqatı daha etibarlı muftaya malik olan altı pilləli mexaniki və yeddi diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.
Xüsusi modifikasiyanın kütləvi təqdimat mərasimi bu ayın 14-də qapılarını ziyarətçilərin üzünə açacaq Nyu-York avtosalonunda keçiriləcəkdir.