Şinlər dünyasında peyda olan yeni xəbər bəzilərini təəccübləndirə bilər.Özünün qış şinləri xətti ilə məşhur olan Nokian şirkəti yeni Ultra High Performance (ultra yüksək məhsuldarlıqlı) sinifindən olan all season (bütün mövsümlər) şinini təqdim edib. Yeni məhsul Surpass AS01 adlanır və fin istehsalçısının sözlərinə görə, “möhkəm yapışma” xüsusiyyətlərinə malikdir. Yeni şin elektromobillər üçün uyğundur, bununla belə, Nokian öz məhsulunu həm daxili yanma mühərriki, həm də sirf elektrik güc qurğusu ilə hərəkətə gələn minik avtomobilləri üçün yüksək məhsuldarlıqlı şinlər kimi səciyyələndirir.

Yeni şin W reytinqinə malikdir ki, bu da onun 270 km/saat sürətilə hərəkət üçün uyğun gəldiyindən xəbər verir. Surpass AS01, tərkibində bütün all season xəttindəki şinlərdə olduğundan daha çox silisium olan qarışıqdan hazırlanıb.

Finlərin bildirdiyinə görə, bu həm idarəetmə, həm də uzunömürlülük xüsusiyyətlərini yaxşılaşdırır. Üstəlik, aramid liflərinin tətbiqi sayəsində şinlər daha dözümlü alınıblar. Quruyucu jiletlərdə istifadə olunan bu material Surpass AS01 şinlərinin yan divarlarını gücləndirir ki, bu da onları deşilməyə qarşı davamlı etməlidir.

Nokian şinlərin kifayət qədər möhkəm olduğunu və firma Pothole Protection zəmanətinə tam cavab verdiyini bildirir. Əlbəttə ki, məntiqə uyğun hüdudlarda...

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Protektorun naxışı həm yaş, həm də quru şəraitdə yaxşı ilişməni təmin etmək üçün yaradılıb. Protektorda geniş qanovları və yan tərəflərdəki çiyin “caynaqları” olan xüsusi naxışdan istifadə edilir. Lamellər də şini aşağı ilişmə zaman yaxşılaşdırılmış yapışma ilə təmin edir, bununla belə, Surpass AS01 ekstremal qar reytinqinə malik deyil.

Protektorun naxışı istiqamətləndirilmiş olmasa da, şinlər təkərlərin bağlanması üçün daxili/xarici mövqeləndirməyə malikdirlər. Satışların başlanğıcında Surpass AS01 şinlər 65 ölçüdə təklif ediləcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.