DTM çempionatının növbəti mərhələsinin ilk sərbəst yürüşlərində ən sürətli pilot BMW komandasının kanadalı pilotu Bruno Spenqler olub. Kanadalı eks-çempion 47,971 zamanla sərbəst yürüşlərin cədvəlinə başçılıq edib.

Lakin, bu birinci yer Spenqlerə o qədər də asan başa gəlməmişdir. Liderlik dəfələrlə Spenqler və Ekstrem arasında əl dəyişdirsə də, sessiyanın sonuna yaxın Spenqler birinci yeri zəbt edə bilmişdir.

Sərbəst yürüşlər Munhen istehsalçısının pilotlarının üstünlüyü ilə keçmişdir. Bavariyalılar ilk onluğa beş avtomobillə daxil olmağı bacarmışdırlar. İlk onluqda üç Audi və iki Mercedes pilotu təmsil olunub. Audi pilotlarının arasında ən yeyin olan Mattias Ekstrem olmuşdur.

İsveç pilot liderdən 0,077 saniyə geridə qalmışdır. Üçüncü nəticəni göstərən Tom Blomkvist (BMW) liderə 0,183 saniyə uduzmuşdur.

Digər Bavariya təmsilçisi Timo Qlok dördüncü, Audi komandasının isveçrəli pilotu Niko Müller isə beşinci nəticəni göstərmişdirlər. Altıncı və yeddinci nəticəni Mercedes-Benz pilotları Qəri Paffett və Robert Uikkenz qeydə almışdırlar.

İlk onluğu tamamlayan pilotlar Auqusto Farfus, Maksim Marten (hər ikisi BMW) və Mayk Rokenfeller (Audi) olmuşdurlar. Sərbəst yürüşlərin nəticəsinə baxsaq, əsas mübarizənin BMW və Audi pilotları arasında gedəcəyini ehtimal etmək olar. Lakin, Mercedes komandası adətən Norisrinqdə hər zaman güclü çıxışları ilə yadda qalmışdır.

Bu da sıralamalarda və yarışda gərgin mübarizə yaşanacağına təminat verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt