Norisrinqdə keçirilən ikinci yarış dramatikliyi ilə yadda qalmışdır. Qəzalarla və ötmələrlə bol olan yarış BMW komandasının pilotu Maksim Martenin qələbəsi ilə nəticələnib.
Yarışın startı hadisəsiz ötüşsə də, yarışın ilk hissəsi çoxlu ötmələrlə yadda qalmışdır. Pilotlar avtomobillərinin imkanlarından maksimum dərəcədə istifadə etməklə rəqiblərini geridə qoymağa çalıblar.
Hətta, bir sıra pilotlar ilk dövrədən sonra pit-stopa yollanıblar. Qalan pilotlar da erkən pit-stoplara üstünlük veriblər. Uzun müddət pit-stopa yollanmayan pilot Audi komandasının pilotu Loik Dyuval olub. Arxa sıralardan start alan pilot təhlükəsizlik avtomobilin trekə çıxmasındansonra peletona başçılıq edib. Təhlükəsizlik avtomobili birinci dəfə Rene Rast və Robert Uikkenzin Qrundiq döngəsindəki qəzasından sonra trekə çıxıb. Dyüval restartı yaxşı götürərək Auerin hücumlarından qorunarkən, bu iki pilotun mübarizəsindən istifadə edən Marten irəli çıxmışdır.
Bundan sonra Spenqler də Aueri keçməyə müvəffəq olsa da təkərinin partlamasından sonra ikinci yeri Auerə qaytarmalı olub.

Lakin, yarış 23-cü dövrədə Qəri Paffettin və Mayk Rokenfellerin ağır qəzasından sonra qırmızı bayraqlarla dayandırılmışdır. Start-finiş düzlüyünün sonunda Ceymi Qrini ötməyə çalışan Qəri idarəetməni itirərək əvvəlcə baryerlərə, sonra isə Rokenfellerin avtomobilinə çırpılıb. Qəzanın nəticələrinin aradan qaldırılması və baryerlərin təmiri üçün yarışa 35 dəqiqə ara verilmişdir.
Təhlükəsizlik avtomobilinin müşayəti ilə başlayan restartdan sonra Lukas Auer yaxşı start alaraq Marteni keçməyə müvəffəq olub. Buna baxmayaraq bir neçə dövrədən sonra DRS zonasında Auer effektli manevr ilə liderliyi BMW pilotundan geri almışdır. Bununla belə, Auer sona qədər liderliyi qoruyub-saxlaya bilməyib və marteni irəli buraxıb. Finişdə iki pilot arasında 2,9 saniyə fərq vardı.
Üçüncü yerin də taleyi son döngədə müəyyən edilib. Gözəl manevrlə Vittmannı keçərək irəli çıxan Ekstrem alman pilotun təması ilə üçüncülük şansını itirib. Finişdə Mortara, Vitmann və Ekstrem üçlüyündən finiş xəttini ilk keçən pilot Mortara olub. Dördüncü yer Ekstremə, beşinci yer isə Vittmanna qismət olub. Norisrinqdə keçirilən ikinci yarışdan sonra Mattias Ekstrem 89 xalla pilotlar çempionatına liderlik edir. Lukas Auer ikinci yerdə finiş görməsi sayəsində liderə olan xal fərqini ikiyə qədər azaltmışdır. Üçüncü yerdə isə, 78 xalla bu günki yarışın qalibi Maksim Marten qərarlaşıb. Komandalar çempionatında Audi Sport Team Rosberg 147 xalla liderliyini davam etdirir. Mercedes-AMG Motorsport Mercedes me komandası 127 xal toplayaraq ikinciliyə yüksəlib. Audi Sport Team Abt Sportsline komandası isə 125 xalla üçüncüdür.
Markalar çempionatına 326 xalla Audi başçılıq edir. Mercedes-Benz 282 xalla ikinci, BMW isə 248 xalla üçüncüdür. Çempionatın növbəti mərhələsi 23 iyulda Moskvada keçiriləcəkdir.




