Atalar boş yerə «igid oğul dayısına oxşayar» deməyiblər. Bunu Mercedes komandasının gənc avstriyalı pilotu Lukas Auerin timsalında da göstərmək olar. Məşhur Formula 1 pilotu Gerhard Bergerin bacısı oğlu olan Auer DTM çempionatındakı güclü çıxışı ilə yadda qalıb. Qeyd etmək lazımdır ki, artıq Force İndia komandası Auerlə maraqlanmaya başlayıb.
Bu gün Norisrinqdə keçirilmiş üçüncü sərbəst yürüşlərin ən yeyin pilotu məhz Lukas Auer olmuşdur. Lakin, Lukas ən sürətli zamanı sessiyanın sonlarına yaxın qeydə almışdır. Sessiyanın ilk anlarından Norisrinqdə yaxşı tempi yaxalamış Audi pilotu Mayk Rokenfeller bir-birinin ardınca sürətli dövrələr vurmağa başlayıb.
Uzun müddət liderlik edən alman pilotu əvvəlcə Lukas Auer taxtından edib. Sonra isə, Lukas Auerin özü Tom Blomkvistin (BMW) səyləri ilə ikinci yerə geriləmək məcburiyyətində qalıb.
30 dəqiqlik sessiyanın bitməsinə 11 dəqiqə qalmış Auer dövrəni 47,632 saniyə zamanla başa vuraraq liderliyə yüksəlib. Bundan sonra, heç kim onun zamanını yaxşılaşdıra bilməyib. Hətta, dünənki yarışın qalibləri olan Bruno Spenqler, Maksim Marten (hər ikisi BMW) və Mattias Ekstrem (Audi) müvafiq olaraq altınıcı, onuncu və səkkizinci nəticəni göstəriblər.

Rene Rast (Audi RS5 DTM)
Üçüncü sərbəst yürüşlərdə Audi pilotları ümumilikdə güclü çıxış ediblər.
İlk onluğa düşməyi bacarmayan yeganə Audi pilotu, bu həftəsonu problemlər yaşayan Loik Dyuval olub.
Rene Rast, Niko Müller, Mayk Rokenfeller və Ceymi Qrin ikincidən beşinci yerə qədər sıralanıblar. Mercedes pilotu Robert Ukkinz yeddinci, Qəri Paffet isə doqquzuncu olub. Beləliklə, bu gün keçiriləcək ikinci yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə 16-00 başlayacaqdır. Bizi izləməyə davam edin!
