Norisrinqdə keçirilən ilk təsnifat mərhələsi başa çatıb. Gərgin mübarizə şəraitində keçən sıralamaların sonunda poul-pozişnı əldə edən pilot BMW komandasının belçikalı pilotu Maksim Marten olub.

Marten 47,472 zamanını sıralama sessiyasının bitməsinə saniyələr qala qeydə alıb. O, sıralamanın lideri olan Audi komandasının debütantı Rene Rastı 0,005 saniyə üstəyələrək birinci yeri əldə etməyə müvəffəq olub. Ümumiyyətlə, sessiya boyu poul uğrunda gərgin mübarizə gedib. Mattias Ekstrem (Audi), Bruno Spenqler bə Blomkvist (BMW) və Lukas Auer (Mercedes-Benz) uzun müddət bir-birindən poulu almağa çalışmışdırlar. Nəticələrə nəzər yetirsək, qüvvələr nisbətinin hər üç marka arasında bərabər olduğu görünür.

Beləliklə, 20 dəqiqəlik təsnifat mərhələsindən sonra Maksim Marten və Rene Rast bu günki yarışı ilk cərgədən başlamaq hüququnu əldə etmişdirlər. İkinci sıradan start alan pilotlar Bruno Spenqler və Tom Blomkvist (hər ikisi BMW) olacaqdırlar. Üçüncü cərgədən yarışı Lukas Auer (Mercedes-Benz) və Mattias Ekstrem (Audi) başlayacaqdırlar. Dördüncü cərgə Marko Vittmann və Timo Qlokundur (hər ikisi BMW). Ilk onluğu Audi pilotları Ceymi Qrin və Niko Müller tamamlayıblar.