Norveç dövləti qeydiyyatdan keçmiş elektrokar və məişət şəbəkəsindən qidalanan hibrid avtomobillərin sayına görə dünyada dördüncü sıraya yüksəlmişdir. Hal-hazırda bu Skandinaviya ölkəsində 100 mindən çox bu sayaq avtomobillər mövcuddur. Dünyada elektrobomil və hibridlərin sayına görə birinci yeri 450 mindən yuxarı parkı ilə Amerika Birləşmiş Ştatları tutur. İkinci yerdə 300 min elektromobillə Çin Xalq Respublikası, üçüncü yerdə isə 150 minlik parkla Yaponiya qərarlaşmışdır.
Aprel ayına olan məlumata görə, 5,06 milyon norveçlıyə 100600 elektromobil və məişət şəbəkəsindən qidalanan hibrid avtomobili düşür. Norveçdə ilk elektromobillərin satışları 1990-cı ildə başlasa da, 2010-cu ildə cəmi 3366 elektromobil qeydiyyatdan keçmişdi. Elektrokarların populyarlığının qəfil artması, 2011-ci ildə Norveçdə Nissan Leaf və Mitsubishi i-MiEV avtomobillərinin satışlarının başlanmasına təsadüf etmişdir. Bir müddət sonra, Norveç Tesla Model S avtomobilinin rəsmi satışlarına başlanmış ilk Avropa ölkəsi olmuşdur.
Həmin zaman «yaşıl» avtomobillərin sahibləri Norveçdə müəyyən ciddi güzəştlərə malikdir ki, misal olaraq, bu sayaq avtomobillərin sahibləri alış və qeydiyyat vergilərindən azad olunmuşdurlar. Bundan əlavə, onlar pulsuz qidlanma stansiyalarından da istifadə etmək, ictimai nəqliyyatın zolaqları ilə hərəkət etmək və dayanacaqlardan pulsuz istifadə etmək hüququna malikdirlər.
Xatırlatmaq istəyirik ki, Almaniya hökuməti də 2020-ci ilə kimi elektrik avtomobillərin alınmasını stimullaşdırmaq üçün bir milyard avro xərcləmək niyyətində olduğunu bəyan etmişdir. Elektrokar almaq istəyənlər 4000 avro dpvlət subsidiyasına, hibrid alanlar isə 3000 avro subsidiyaya ümid edə bilərlər. Alman bir müddət sonra elektromobillərin ildə 400 min ədəd satılacağını proqnozlaşdırırlar.
Təəsüflər olsun ki, bizim hökumətin nümayəndələri bu barədə düşünmək fikrindən belə uzaqdırlar.
Hərçəndir ki, elektromobil və hibrid avtomobillərinin sayının artması şəhərimizdə bərbad olan ekoloji vəziyyətinin yaxşılaşmasına xidmət edərdi.