Bir müddət bundan öncə Toyota RAV4 modelinin isveç jurnalistlərinin keçirdiyi “sığır testində” uğursuzluğa düçar olduğunu yazmışdıq. Bu günlərdə digər Skandinaviya ölkəsinin jurnalistləri krossoveri eyni testdən keçiriblər. İsveç həmkarlarından fərqli olaraq, norveçlilər avtomobilin tapşırığın öhdəsindən lazımi səviyyədə gəldiyini bildiriblər.
“Sığır testi” avtomobilin qəflətən qarşıya maneədən qaçmaq üçün edilən qəfil yerdəyişmə zamanı dayanıqlılığın sınaqdan keçirilməsidir. İsveçli jurnalistlər sınaqlar zamanı Toyota RAV4 modelinin müxtəlif nəticələr göstərdiyini qeyd ediblər. Krossover ya yana sürüşür, ya da ki, onun xarici təkərləri yerdən üzlür. Bir sözlə, avtomobili nəzarətdə saxlamaq çətinləşir. Jurnalistlər 68 km/saat sürətinə çatmağa müvəffəq olublar – sürətin artması ilə avtomobili nəzarətdə saxlamaq çətinləşib.
Norveçin Dinside dərgisinin jurnalistləri Toyota RAV4 modelinin hibrid versiyasını sınaqdan çıxarıblar. Avtomobil tam yüklənmiş halda olub və 65 km/saat həddində yerdəyişməni problemsiz həyata keçirib. Bu zaman sürücü heç bir çətinliklə üzləşməyib. 70 km/saat həddində idarəetmə bir qədər zəifləyib və istiqamət sabitliyini qoruma sistemi işə qarışıb. Jurnalistin sözlərinə görə, trası keçmək qar üzərində hərəkəti xatırladıb. Sürət artdıqca manevrləri etmək çətinləşib və son qeydə alınan maksimal sürət 76 km/saat olub.
Eyni nəticəni Kia e-Soul, Volkswagen T-Cross və BMW M135i xDrive modelləri göstəriblər. Yeni Toyota Supra GR 79 km/saata qədər sürətlənsə də, konuslardan birini vuraraq aşırıb.
Mənbə: Dinside