Bir müddət bundan öncə, növbəti nəsil G-Class ofroderinin kamuflyajlı cəsus fotoşəkillərini dərc etmişdik. Bu günlərdə Mercedes Funs saytı yeni ofroderin interyerinin cəsus fotoşəklini dərc etmişdir. Fotoşəkildən də göründüyü kimi, yeni ofroder yeni cihazlar panelini və multimedia sisteminin 12,3-düymlük sensorlu ekranını əldə edəcəkdir. Əlavə olaraq, ön panelin və mərkəzi konsolun arxitekturası dəyişdirilmişdir. Belə ki, havalandırma sisteminin deflektorlarının forması dəyişdirilmiş, differensialın qapadılmasını həyata keçirən düymələr sürətlər qutusunun dəstəyinin ətrafında yerləşdirilmişdir.
Mercedes-Benz G-Class modelinin növbəti nəslinin prototipinin dərc edilmış fotoşəkilləri vtomobilin təkər izinin böyüdülmüş ölçülərini göstərir. Şaiyələrə görə, yeni avtomobildə bu göstəricisi indikindən 10 santimetr daha iri olacaqdır. Bu isə öz növbəsində avtomobilin təkər bazasının dəyişəcəyindən xəbər verir.nBundan əlavə, yeni avtomobil mövcud olan G-Class modelindən 200 kiloqram az çəkiyə malik olacağı söylənilir.
Ən maraqlısı isə, şəkildəki avtomobilin arxa bamperinin olmamasıdır ki, bunun sayəsində bizə avtomobilin tam ötürməli çəkiş sisteminin və asqısının bir sıra elementlərinə nəzər salmaq imkanı verilmişdir.
Görünənlərdən belə nəticə çıxarmaq olar ki, Mercedes-Benz şirkətinin mühəndisləri yeni avtomobili elekto-mexaniki sükan sistemi və çoxqollu ön asqı ilə təchiz edəcəkdirlər.
Bu mühədislərə, ofroderin hazırda məhrum olduğu bir sıra yeni təhlükəsizlik sistemlərini quraşdırmaq imkanı yaradacaqdır.

