"The Drive" nəşrinin jurnalistləri növbəti nəsil Bentley Continental GT modelinin test prototiplərində səfər edərək gələcək model haqqında bir sıra məlumatlar ilə bölüşüblər.

Əsas xəbərlərdən biri dəbdəbəli modelin Porsche Panamera modelinin iki muftalı robotlaşdırılmış ötürmələr qutusuna sahib olacağıdır. Yeni Bentley Continental modeli, bu ilin əvvəlində Panamera modelində debüt etmiş MSB modul platformasının qısaldılmış variantında inşa edilib. Kupe sələfi ilə müqayisədə alçaq, böyüdülmüş təkər bazasına və qısaldılmış çıxıntılara sahib olacaqdır.

Avtomobilin çəkisinin oxlar arasında 48:52 nisbətində bölünməsini təmin etmək üçün onun mühərriki 50 millimetr arxaya çəkilibdir. 

Yeni nəsil Bentley Continental modelinin salonunda rəqəmsal cihazlar panelini, mərkəzi konsoldakı iri sensorlu displeyi və kiçik coystik formasında olan ötürmə qutusunun elektron selektorunu görmək mümkün olacaqdır. Daha dəbdəbəli hissiyatı təmin etmək üçün Continental GT modelinin sükan idarəetməsini Panamera’da olduğundan fərqli şəkildə tənzimləyəcəkdirlər. Bundan əlavə, avtomobil Bentayga modelindən tanış olan yana əyilmələrin yatırılması sistemini əldə edəcəkdir.

Bu sistemin tərkibinə aktiv eletromexaniki stabilizatorlar, 48 voltluq şəbəkə və adaptiv amortizatorları olan daha mükəmməl pnevmatik asqı daxildir.

İlkin olaraq, satışa iki turbokompressorlu W12 mühərriki olan Bentley Continental GT kupesi çıxarılacaqdır.

Şirkətdə mühərrikin texniki xarakteristikalarını açıqlamasalar da, onun fırlanma anının Bentayga modelində olduğu kimi 900 Nm təşkl edəcəyini bildiriblər. Mühərrikin gücü isə 600 at qüvvəsindən çox olacaqdır. Sonradan modelin mühərrik çeşidinə səkkiz silindrli turbomühərrik də daxil ediləcəkdir.

Yeni modelin debütü bu ayın sonuna planlaşdırılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt