BMW şirkəti M2 modeli və cari 1 Series modelinin güclü modifikasiyaları barədə gələcək planları ilə bölüşüb. Xatırladaq ki, bir müddət bundan əvvəl, bavariya istehsalçısı növbəti nəsil 2 Series modellərinin arxaötürməli platformanı qoruyub saxlacağını vəd etmişdi.
Lakin məlumdur ki, yeni nəsil Active Tourer modelinin də, bu yaxınlarda buraxılmış 2 Series Gran Coupe modeli kimi, önötürməli platformada inşa ediləcəyi məlumdur. Bu hal, marka pərəstişkarları arasında çaşqınlıq yarada bilər. Autocar nəşrinin verdiyi məlumata görə, kupe kuzovlu 2 Series modeli CLAR platformasında inşa ediləcək, eyni zamanda, 6-pilləli mexaniki və ya 8-pilləli “avtomat” ilə təchiz edilmiş arxaötürməli transmissiyaya sahib olacaqdır. Ən maraqlısı odur ki, bu model üçün xDrive sistemi təklif edilməyəcəkdir.
BMW 2 Series ailəsinə X3 M və X4 M krossoverlərindən tanış olan 3,0-litrlik biturbomühərrik ilə təchiz edilmiş G87 indeksli M2 modeli başçılıq edəcəkdir. Turbomühərrikin gücü 420 at qüvvəsinin üzərində olacaqdır ki, bu da “bərkgedən” kupeyə A-Class ailəsinin AMG modelləri ilə rəqabət aparmağa imkan verəcəkdir. Yeni BMW M2 modelinin 2022-ci ildə satışa çıxacağı gözlənilir. Tamötürməli BMW M2 Gran Coupe isə, bir qədər sonra işıq üzü görəcəkdir.
BMW 1 Series modelinin ən güclü versiyası M135i adı ilə təklif ediləcəkdir. Məlum məsələdir ki, alman markasının pərəstişkarları, vaxtilə BMW şirkətinin əfsanəvi modellərindən biri olan M1 sportkarının adını öndənçəkişli hetçbekdə görmək istəmirlər.