2023-cü ildə debütü gözlənilən növbəti nəsil BMW M2 (G87) kupesi yalnız arxa ötürmə ilə təklif ediləcəkdir. BMW Blog nəşrinin Bavariya şirkətindəki mənbələrinə istinadən verdiyi məlumata görə, yeni nəsil M2 kupesi xDrive tam ötürmə sistemini almayacaqdır. Daha iri M4 modelinin alıcılarına arxa və ya tam ötürmə arasında seçim təklif edilsə də, yığcam kupenin sahibləri bu şansadan məhrum ediləcəklər.

M2 kupesindən fərqli olaraq, M240i modifikasiyası xDrive sistemi ilə təklif ediləkdir. 2023-cü ildə bazar debütü edəcək G87 indeksli M2 kupesi sələfi ilə müqayisədə daha iri ölçülərə və artmış çəkiyə malik olacaqdır. Eyni zamanda, yeni “bərkgedən” kupe hazırki M2 modelindən daha güclü olacaqdır: insaydelər M2 kupesinin gücünün 490 at qüvvəsinə çatacağını iddia edirlər. Bu da, yığcam kupenin M4 və M4 Competition modelləri arasında yer tutacağından xəbər verir.
Tam ötürmə sistemini almaq şansına yalnız M2 kupesinin ekstremal CSL versiyası malik olacaqdır. M2 CSL modelinin 500 at qüvvəsinin üzərində gücə sahib olacağı söylənilir.
Kupe 8-pilləli ZF "avtomatını" (mexaniki transmissiya sual altındadır) və M3/M4 və X3/X4 M modellərindən tanış olan 3,0-litrlik S58 altısilindrli biturbomühərrikini alacaqdır. Yeni nəsil BMW M2 modelinin istehsalı 2022-ci ilin dekabrında başlamalı və 2029-cu ilin əvvəlində sona çatmalıdır. Bununla birlikdə, "bərkgedən" kupenin istehsalı Avropadakı zərərli tullantılar üzrə ekoloji standartların sərtləşdirilməsi səbəbindən daha əvvəl də başa çata bilər.
M2 kupesinin istehsalı Leypsiq (Almaniya) və San Luis Potosidəki (Meksika) zavodlarda yerləşdiriləcəkdir.