BMW X3 krossoveri keçən il təxminən 350 min nüsxəlik tirajla satılıb: o, istehsal həcminə görə, dünyada ən çox buraxılan ikinci BMW modelidir: X3 yalnız ənənəvi üçüncü seriyadan geri qalır. Eyni zamanda, G01 kuzovlu cari X3 krossoveri artıq 2017-ci ildən istehsaldadır və artıq nəsil dəyişdirmənin tam vaxtıdır. Krossoverin növbəti nəslinindebütü yaxındır - BMW şirkəti seriyaöncəsi avtomobillərin test-drayvını keçirib və bəzi təfərrüatları açıqlayıb.
Mətbuat xidmətinin dərc etdiyi rəsmi şəkillərində gələcək krossoverin iki modifikasiyası göstərilir - təkrar doldurulan hibrid və M kuzov dəstinə malik olan güclü versiya. Sonuncunu buraxılış sisteminin dörd çıxış borusu sayəsində asanlıqla müəyyən etmək olar.
Böyük ehtimalla, avtomobilin ön hissəsi yeni beşinci seriya ilə eyni üslubda tərtibata malik olacaq. Tərtibatçılar aerodinamik müqavimət əmsalının 0,29-dan 0,27-ə endiriləcəyini vəd ediblər. Təkər disklərinin maksimal diametri 22 düym olacaq.
Yeni X3 əvvəlki kimi CLAR platformasına əsaslanır, lakin bu platforma bəzi dəyişikliklərə məruz qalıb. Məsələn, yeni BMW X3 krossoverində Bosch EPSapa sükan mexanizmi quraşdırılacaq ki, bu mexanizmdə elektrik gücləndiricisi reykaya dişli çarx ilə deyil, kəmər ötürməsi ilə birləşdirilir.
Həllin özü yeni deyil, lakin BMW mühəndisləri sükanda daha təmiz və daha dəqiq hissiyatı vəd edirlər. Digər yeni xüsusiyyətlərə daha geniş təkər izi, asqının təkmilləşdirilmiş kinematikası və elastokinematikası, habelə köndələn dayanıqlılıq stabilizatorlarının yenidən işlənmiş tənzimləmələri daxildir.
Kuzov və alt çərçivələrin sərtliyinin əhəmiyyətli dərəcədə artırıldığı da bəyan edilib. Əlavə ödəniş müqabilində isə, təkmilləşdirilmiş kontrolleri olan elektron idarələnən amortizatorlar əlçatan olacaqlar. Bunun sayəsində onların iş rejimlərindəki fərq daha da nəzərəçarpacan olmalıdır.
BMW hələlik yeni X3 krossoverinin güc aqreqatları ilə bağlı təfərrüatları açıqlamağa tələsmir. Hər hansı bir qabaqcıl yeniliklər barədə məlumat verilmədiyinə görə, kapotun altında dəyişiklik gözlənilmir.
X3 modelinin mühərrik çeşidinə əvvəlki kimi, müxtəlif güc variantlarında təklif edilən sıralı dördsilindrli 2,0-litrlik və altısilindrli 3,0-litrlik turbomühərriklər daxil olacaqlar.
Hibrid versiyanın tutumu artırılmış dartma batareyasını alacağı vəd edilir, lakin dəqiq göstəricilər açıqlanmır. Yeni BMW X3 modelinin sırf elektrik versiyası olmayacaq, çünki bu vəzifə BMW Vision Neue Klasse X konseptinin seriya versiyasına həvalə edilib.
Yeni BMW X3 krossoverinin rəsmi təqdimatı bu ilin iyun ayına planlaşdırılıb. Təqdimatdan bir ay sonra isə, yeni modelin kütləvi istehsalına başlanılmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.