Hyundai dizayn mərkəzinin vitse-prezidenti San Yup Li növbəti nəsil Tucson modelinin dizaynını “həyəcanverici” və hətta “qorxulu” adlandırıb. Son Sonata və Venue modellərinə baxsaq, yeni krossoverin xarici görkəminin Hyundai markasının digər modellərlə bənzərlik daşımayacağını söyləmək olar.
"Motor Authority" nəşrinə müsahibə verən San Yup Li detallar barədə danışmasa da, dizaynın ümumiliyi ilk baxışdan nəzərə çarpmayacaqdır. Yalnız detallara baxdıqda bu və ya digər elementın Hundai firmasının həlli olduğunu söyləmək mümkün olacaqdır. San Yup Li yeni nəsil Hyundai Tucson modelinin nə zaman debut edəcəyi barədə məlumat verməyib.
Xatırladaq ki, bir müddət bundan öncə Hyundai Tucson modelinin “idman” N Line versiyası təqdim edilib. Krossoverin asqı sistemi yenidən tənzimlənmiş, sükanın elektrik gücləndiricisinin proqram təminatı yenilənmiş, zahiri görkəmində xırda dəyişikliklər edilmişdir.