Infiniti yeni nəsil QX80 modelinin rahatlığından danışıb. Yapon brendi tam ölçülü krossoverin debütü ərəfəsində tizer kampaniyasını davam etdirir. Bu dəfə o, interyer dizaynı ilə bağlı təfərrüatları açıqlayıb və detalları göstərərək, əsas xüsusiyyətlərdən biri - premium Klipsch akustikasının mövcud olduğunu bir daha xatırladıb. Yeni QX80 modelinin təqdimatı martın 20-də baş tutacaq, doqquz gün sonra isə, yeni model Nyu Yorkda keçirilən Beynəlxalq Avtomobil Sərgisində ictimaiyyətə nümayiş olunacaq.

Yeni QX80 modeli üçün vəd olunan yeniliklər arasında avtomobil markaları ilə nadir hallarda əməkdaşlıq edən amerikan Klipsch şirkətinin audio sistemi də var. 1200 Vatt gücünə malik olan sistem salona mükəmməl şəkildə inteqrasiya edilmiş 24 dinamikdən ibarətdir. Bunlara tavanda quraşdırılmış dörd High Line dinamikləri, titandan tviterlər, TriPower sabvuferi və 24 kanallı gücləndirici daxildir. Xatırladaq ki, cari Infiniti QX80 modelində 17-dinamikli Bose audio sistemi quraşdırılır.

Sürücü və ön sərnişinin oturacaqlarının başlıqlarında da fərdi dinamiklər nəzərdə tutulub. Onların başqalarını narahat etmədən və konfidensiallığı pozmadan konkret şəxs üçün fərdi səsləndirməni təmin etdikləri bildirilir. Infiniti bu funksiyanı "şəxsi konferens-zal" kimi təsvir edir.

Infiniti mütəxəssisləri ikinci sıradakı sərnişinləri də unutmayıblar: onlar üçün biometrik soyutma sistemi hazırlanıb. Tavandakı infraqırmızı sensor sərnişinə isti olduğunu müəyyən edir - məsələn, qaçışdan sonra avtomobilə mindikdə. Bundan sonra, iqlimə nəzarət sistemi demək olar ki, dərhal sərin havanı ikinci sıraya yönəldir və məkan optimal temperatura qədər soyudur.

Digər komfort opsiyaları arasında masaj, qızdırılma və soyudulma funksiyasına malik ola ön iki oturacaq daxildir ki, bu, Infiniti üçün bir ilkdir və yalnız ön oturacaqdakı sərnişinlər üçün əlçatandır. Üçüncü cərgə yalnız qızdırılma funskiyası ilə öyünə bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.